Məhkəmə qərarları › İş №3(073)-413/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-413/2024

31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-413/2024 31.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Cəlilabad şəhəri Nizami küçəsi ev 24 ünvanında qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 15 aprel 2024-cü il tarixdə “Zəvvar ovçuluq təsərrüfatının” ot yeri adlanan ərazisində qanunsuz ov edərkən saxlanılmış, barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 aprel 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X2 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun “Zəvvar ovçuluq təsərrüfatının” ot yeri adlanan ərazisində qanunsuz ov etməsi ilə bağlı xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Hesab edir ki, həmin protokol əsassızdır. Çünki, həmin vaxt üzərində heç bir ov silahı olmamışdır. O, 1 X2 və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına özünə məxsus silaha aid şəhadətnaməni təqdim etmişdir. Onun ov çantasına baxış keçirilmiş lakin heç bir ov qəniməti aşkar edilməmişdir. O, həmin ərazidə heç bir ov etməmiş və inzibati xəta törətməmişdir. Odur ki, barəsində tərtib olunmuş protokolun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 X2 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş X3 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 15 mart 2024-cü il tarixli, AA № 000328 saylı aktdan görünür ki, “Zəvvar” ovçuluq təsərrüfatının “ot yeri” adlanan ərazisində aparılan reyd zamanı qanunsuz ovla məşğul olan ünvan 1 ünvanında yaşayan X4 və ünvan 2şayan Şəxs Hüseynbala oğlu saxlanılmışdır. Şəxs Hüseynbala oğlu üzərindəki silaha aid N 292 saylı şəhadətnaməni təqdim etmişdir. Onun ov çantasına baxış keçirlmiş və heç bir ov qəniməti aşkar edilməmişdir. İşdə olan DİN-nin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 292 nömrəli şəhadətnamədən görünür ki, Şəxs Hüseynbala oğlunun adına ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün Tula,16 çaplı, 24161 saylı qoşalülə ov tüfəngi vardır. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta hadisəsi və əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokoldan isə görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə "Zəvvar ovçuluq təsərrüfatının” “ot yeri” adlanan ərazisində qanunsuz ovla məşğul olarkən saxlanıldığı üçün tərtib edilmişdir. Lakin tərtib edilmiş protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs konkret hansı hərəkətlərində (Ovçuluq haqqında, Heyvanlar Aləmi haqqında qanunun pozulması) ifadə olunduğunu göstərə bilməmişdir. Bununla yanaşı məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallarda Şəxs göstərilən hərəkətlərə yol verildiyini təsdiq edən sübutlar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən qanunsuz ov etmə faktı movcud olmadığından onun əməli İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibini yaratmır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar