Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-416/2024 28.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 15 mart 2024-cü il tarixdə Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatının Cəlilabad rayonu ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, həmçinin “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş, şəxsin adına qeydə alınmış mobil nömrələr ilə əlaqə saxlanılsa da, nömrələrin hər biri qeyri-işlək vəziyyətdə olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən imzalanmış 15 mart 2024-cü il tarixli, 000326 nömrəli Aktdan görünür ki, brokonyerliyə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən növbəti xidməti reyd zamanı təsərrüfatın “ot yeri” adlanan ərazisində qanunsuz ovla məşğul olan iki nəfər saxlanılmışdır. Aparılan söhbət zamanı məlum olmuşdur ki, həmin şəxslərdən biri ünvan 1 ünvanında yaşayan X1, digəri ünvan 2nvanında yaşayan Şəxsdur. Qanunsuz ovla məşğul olan Şəxs silaha aid K-45/23 saylı şəhadətnamə təqdim etmişdir. Şəxs ov çantasında 4 (dörd) ədəd cürə quşu aşkar edilmişdir. Həmin aktı Şəxs imzalamaqdan imtina etmişdir. İşdə olan 15 mart 2024-cü il tarixli Qərardaddan görünür ki, faktla bağlı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan 15 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs 15 mart 2024-cü il tarixdə Şirvan Milli Parkının “Zəvvar” ovçuluq təsərrüfatının Cəlilabad rayonu ərazisində qanunsuz ovla məşğul olarkən saxlanılmışdır, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokoldakı qeydlərə görə, Şəxs izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmənin yazılı sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 iyun 2024-cü il tarixli məktubundan görünür ki, ov mövsümünün açılması ilə əlaqədar xx.xx.2023-xx.xx.2024-cü il tarixləri ərzində ov etmək üçün ov icazələrinin alınması ilə bağlı Şəxs idarəyə müraciəti daxil omamış və ona ov icazəsi verilməmişdir. Şəxs ovçuluq biletinin olub-olmaması barədə idarədə heç bir məlumat yoxdur. İşdə olan foto şəkillərdən görünür ki, Şəxs ov edərkən saxlanılmışdır və 4 (dörd) ədəd cürə aşkar edilmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən, İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların, həmçinin onun ov hüququnun olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın törədilməsində alət olmuş predmet müsadirə edilməməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-416/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-416/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver