Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-426/2025 04.06.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: Şəxs 16 aprel 2025-ci il tarixdə Cəlilabad şəhəri M.Əzizbəyov küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında özünü barəsində olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə təqsirli bilərək göstərdi ki, 16 aprel 2025-ci il tarixdə yaşadığı evdə sərxoş vəziyyətdə arvadı Xəyalə Əliyeva ilə mübahisə etmiş və onu döymüşdür. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları onların yaşadığı ünvana gəlmişdir. O, arvadının ondan şikayət etdiyinə əsəbləşib küçədə ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları onu nizam intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirmişdir. Daha sonra polis əməkdaşları onu Cəlilabad Rayon Polis Şöbəsinə gətirmişlər. Hazırda əməlindən peşman olduğunu, səhvini başa düşdüyünü və gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etdi. Şəxs törətmiş olduğu inzibati xəta özünün etirafı, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikasının İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respulikası İXM-nin 30.2-ci maddəsində müəyyən edilmiş şəxslərin, yəni barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsi qadağan olunmuş şəxslərin kateqoriyasına daxil olması müəyyən edilməmişdir. Şəxs törətmiş olduğu inzibati xətalara görə Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sankiyasında daha ciddi xəta nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan 16 aprel 2025-ci tarixli AZA 027559 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 16 aprel 2025-ci il tarixdə saat 11:30-da inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Şəxs 16 aprel 2025-ci tarixli AZA 027559 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən inzibati qaydada tutulduğu 1 (bir) gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq 9 (doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılmalıdır. İnzibati həbs etmənin əvvəli 04 iyun 2025-ci il tarixdən, saat 16:15-dən hesablanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115,117, 129, 130-cu maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respulikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə 10 (on) gün müddətinə inzibati həbs edilsin. Şəxs 16 aprel 2025-ci tarixli AZA 027559 nömrəli inzibati qaydada tutma haqqında protokola əsasən inzibati qaydada tutulduğu 1 (bir) gün ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 9 (doqquz) gün inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbs etmənin əvvəli 04 iyun 2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Elan edilmiş qərarın surəti inzibati xəta törədən Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-426/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-426/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver