Məhkəmə qərarları › İş №3(073)-432/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-432/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-432/2025 18.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10, Zərərçəkmiş şəxs (tələbkar) X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Nağıyev X2 rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(073)-1921/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 1851/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2395/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3383/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-151/2025 saylı və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)-337/2025 saylı icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1921/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 499.9 manat əsas borc, 74.9 manat cərimə, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 169.4 manat əsas borc, 25.4 manat cərimə cəmi 769.6 (yeddi yüz altmış doqquz manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1980/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 2000 (iki min) manat pul və 56 (əlli altı) manat dövlət rüsumu alınaraq iddiaçı X8, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-1851/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs borca görə 5180 (beş min bir yüz səksən) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71.80 (yetmiş bir manat səksən qəpik) manat alınıb iddiaçı X1, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2262/2024 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X11 müştərək qaydada 12720 (on iki min yeddi yüz iyirmi) manat pul və 129 manat dövlət rüsumu alınıb iddiaçı X14, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-2321/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs və X11 müştərək qaydada 26700 (iyirmi altı min yeddi yüz) manat pul və 171 manat dövlət rüsumu alınıb iddiaçı X9, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)- 2395/2024 saylı icra vərəqəsinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanılmış 04 iyul 2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin predmeti olan mallar cavabdehdən alınaraq iddiaçıya verilsin, həmin mallar olmadığı halda isə onların dəyəri 4220 manat, 100 (bir yüz) manat cərimə olmaqla cəmi 4320 (dörd min üç yüz iyirmi) manat pul və 62.20 (altmış iki manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı X4, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-3383/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs Şəxs 2776 manat əsas borc, 277 manat faiz borcu, ümumilikdə 3056 (üç min əlli altı) manat borc, 47.40 (qırx yeddi manat qırx) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət xidmət haqqı tutularaq "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-151/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5100 (beş min bir yüz) manat borc və 71 (yetmiş bir) manat dövlət rüsumu alınaraq iddiaçı X12 və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(121)- 337/2025 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 52000 manat pul və 246.40 manat dövlət rüsumu alınıb iddiaçı X6 verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək bildirmişdir ki, işləmədiyi və maddi imkanı olmadığına görə icra sənədləri ilə müəyyən edilmiş borclarını ödəyə bilməmişdir. Həmçinin ürəyində problemlər yaranmışdır və stend qoyulmuşdur. Ona görə də bir müddətdir ki, işsizdir. Kartof məhsulu əkib və yığımı gözləyir, yığdıqdan sonra borcunun əhəmiyyətli hissəsini ödəyəcək. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən qanuni qərar edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X15 verdiyi izahatında göstərmişdir ki, borclu Şəxs müxtəlif bəhanələr gətirərək icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Borclunun ona 26 min manat borcu var. Şəxs dəfələrlə həmin borcunu ödəməsini tələb etmiş, lakin o, borcunu ödəməkdən yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 şikayətçidir və həbs edilməsini istəyir. Məhkəmə işə digər zərərçəkmiş şəxslərin (tələbkarların) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını, protokolun bir neçə icra sənədi ilə bağlı tərtib edildiyini, borclunun əhəmiyyətli dərəcədə böyük məbləğdə cəmi borcunun olduğunu, həmçinin iş materiallarında yer alan tibbi sənədləri nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş daha ciddi inzibati tənbeh tədbirinin nisbətən aşağı həddə tətbiq edilməsini məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 18 aprel 2025-ci il tarixdən, saat 16:40-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar