Məhkəmə qərarları › İş №3(073)-439/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-439/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-439/2024 07.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, şikayət verən şəxs X2, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X4 iştirakı ilə, Şikayət verən şəxs X2 barəsində 15 may 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi, inzibati xəta tərkibi olmadığı əsası ilə iş üzrə icraata xitam verilməsi barədə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X7 tərəfindən tərtib edilmiş 15 may 2024-cü il tarixli, TP 64889 saylı qərarın ləğv edilməsi, inzibati xəta tərkibi olmadığı əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X6 izahat verərək göstərdi ki, istifadəsində Ford Transit yük markalı avtomobil vardır. Həmin avtomobillə yas mərasimlərinin qab-qacaqlarını daşıyır. 01 may 2024-cü il tarixində saat 02:35-də Cəlilabad rayon yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış, barəsində həmin gün protokol tərtib edilmiş, həmin protokol əsasında isə 15 may 2024-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Həmin qərarla o, Azərbaycan Respublikası İXM-in 329.1, 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat miqdarında cərimə edilmişdir. Səbəb kimi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etmə, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmə və avtomobili alkoqoldan istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə idarə etməyi göstərilmişdir. Cəlilabad rayon Yol Polis İdarəsinin 15 may 2024-cü il qərarı ədalətli olmamışdır və günahsız olduğu halda onun təqsirli sayılmağı İnzibati Xətalar Məcəlləsinin müddəalarına zidd olmuşdur. Belə ki, o həmin vaxt içkili olmamış və təhlükəsizlik kəmərindən istifadə etmişdir. Lakin etibarnamə olmadan avtomobili idarə etmişdir. O, xx.xx.2024-cü ildə saat 13:25-də Lənkəran şəhər narkoloji xəstəxanasına getmiş sərxoşluğu yoxlanılanılmış və sərxoşluğu olmamışdır. Ona görə də hazırki qərardan şikayət vermək qərarına gəlmiş və məhkəmədən Cəlilabad rayon Yol Polis İdarəsinin 15 may 2024-cü il tarixli, TP ******* nömrəli qərarına İXM-nin 329.1 və 333.1-ci maddələrinin tərkib əlamətləri olmadığı üçün həmin hissədə xitam verilməsini xahiş edir. İXM-nin 100-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin 100.1.8-ci maddəsində göstərilən tələblər, yəni inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunduğu halda, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmişdir. Odur ki, yuxarıda sadalananlara, İnzibati Xətalar Məcəlləsinin 8-ci, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən, Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X7 tərəfindən inzibati tənbeh tətbiq etmə barədə 01 may 2024-cü il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 15 may 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X7 izahatında bildirdi ki, X6 xx.xx.2024-cü il tarixdə, təqribən saat 02.35 radələrində Cəlilabad şəhəri, Heydər Əliyev prospekti ilə idarə etdiyi “Ford Transit” yük markalı **-GX-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən təhlükəsizik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə tərəfindən saxlanılmışdır. X8 avtomobili etibarnamə olmaddan idarə etdiyi aşkar olundu. Həkim dəvət olundu və onun polisin xidməti avtomobilində sərxoşluq vəziyyəti yoxlanıldıqdan sonra yüngül dərəcəli sərxoşluq müəyyən edildi. Törətdiyi inzibati xətaya görə X2 barəsində xx.xx.2024-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Onun barəsində tərtib olunmuş protokol əsasında 15 may 2024-cü il tarixli, TP ******* saylı qərarın qəbul olunmuş və X6 törətdiyi inzibati xətaya görə 400 manat cərimə edilmişdir. Şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, işdə olan sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X4 xx.xx.2024-cü il tarixdə, TP ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, X6 İXM-nin 329.1, 332.1 və 333.1-ci maddələridə nəzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Cəlilabad rayon Mərkəzi Xəstəxanasının PHŞ-nin xx.xx.2024-cü ildə saat 01:10-da verdiyi 104 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktının sürətindən görunur ki, X3 0,4 % yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. İşdə olan Lənkəran şəhər narkoloji xəstəxanasının xx.xx.2024-cü ildə saat 13:25-də verdiyi 000277 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktının sürətindən görunur ki, X1 olmamışdır. İşdə olan videogörüntiyə baxış keçrilən zaman Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin əməkdaşalrı tərəfindən qanun pozuntusu müşadidə olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 131.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.2-ci addəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. İş materiallarından görünür ki, şikayət verən şəxs X6 xx.xx.2024-cü il tarixdə, saat 02.35 radələrində saxlanılmış təhlükəsizik kəmərini bağlamadan, avtomobili etibarnamə olmadan, sərxoş vəziyyətdə idarə etmiş və xx.xx.2024-cü il tarixdə müvafiq rəy alınmışdır. X6 həmin müayindən təxminən 36 saat sonra yəni xx.xx.2024-cü il tarixdə, saat 13:25-də Lənkəran şəhər narkoloji xəstəxanasına təkrar müayinyə müraciət etmiş və alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Göstərilənlərə əsasən, şikayət verən şəxs X2 barəsində Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X7 tərəfindən inzibati tənbeh tətbiq etmə barədə 01 may 2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 15 may 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə və icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 115, 117, 126,128,130,131 və 137-ci maddələrini rəhbər tutaraq məhkəmə… Qərara aldı: Şikayət verən şəxs X2 barəsində Cəlilabad rayon X9 X11 yol patrul xidmətinin baş inspektoru X7 tərəfindən inzibati tənbeh tətbiq etmə barədə 01 may 2024-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş 15 may 2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə və icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar