Məhkəmə qərarları › İş №3(073)-443/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-443/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-443/2023 28.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, İnzibati xəta törətmiş şəxs Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, Şəxs – xx.xx.1988-cı ildə Cəlilabad rayonu, Cəlayir kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Cəlayir kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2056/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3563,98 manat alınıb tələbkar "xxxx" KB ASC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-437/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2071 manat alınıb tələbkar "xxxx" MMC-yə və Cəlilabad rayon məhkəməsinin 09.092022-ci il tarixli, 2(073)-1693/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1577,42 manat alınıb tələbkar "xxxx" MMC-yə verilməməklə icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs törətmiş olduğu inzibati xətaya görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati tənbeh olunmalıdır. Cəlilabad rayon İcra Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2056/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3563,98 manat alınıb tələbkar "xxxx" KB ASC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-437/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 2071 manat alınıb tələbkar "xxxx" MMC-yə və Cəlilabad rayon məhkəməsinin 09.092022-ci il tarixli, 2(073)-1693/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1577,42 manat alınıb tələbkar "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Borclu Şəxs hal-hazırda xx.xx.2022-ci il tarixli, 2(073)-2056/2022 saylı icra vərəqəsinə əsasən 3563,98 manat, xx.xx.2021-ci il tarixli, 2(073)-437/2021 saylı icra vərəqəsinə əsasən 2071 manat alınıb və 09.092022-ci il tarixli, 2(073)-1693/2022 saylı icra vərəqəsinə əsasən 1577,42 manat borcu yaranmışdır. Şəxs borcunun ödənilməsi tələb olunsa da, o tələb olunan borcu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-2056/2022 saylı icra vərəqəsinə əsasən ondan 3563,98 manat alınıb tələbkar "xxxx" KB ASC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-437/2021 saylı icra vərəqəsinə əsasən ondan 2071 manat alınıb tələbkar "xxxx" MMC-yə və Cəlilabad rayon məhkəməsinin 09.092022-ci il tarixli, 2(073)-1693/2022 saylı icra vərəqəsinə əsasən ondan 1577,42 manat alınıb tələbkar "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Hazırda borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən qərəzli olaraq yayınmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, maddi vəziyyətini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 28 aprel 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar