Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-443/2024 07.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. Cəlilabad RPŞ-nin inzibati xəta haqqında 20 may 2024-cü il tarixli, MN ******* saylı protokola görə Şəxs Bakı-Astara magistral yolunun mühafizə zolağında çəkilmiş çəpəri kəsərək Azərbaycan Avtomil Yolları Dövlət Agentliyinə 36 (otuz altı) manat dəyərində ziyan vurmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş Azərbaycan Avtomil Yolları Dövlət Agentliyi “7 №-li X3” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, işdə olan Cəlilabad RPŞ-nin TB-nin rəisi polis mayoru X2 RPŞ-nin rəisi cənab Polad Qarayevə ünvanladığı raportun sürətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Bədir Xəlfəli, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı İbrahim Cəfərov ilə birgə xidmətdə olarkən, Bakı- Astara magistral yolunun kənar mühafizə zolağında çəkilmiş setka çəpərin bir hissəsinin kəsilmiş vəziyyətdə aşkar etmişdirlər. Əraziyə baxış keçirərkən, sözügedən çəpərin Cəlilabad rayon Uzuntəpə kənd sakini Şəxs və Neftçala rayon Arbatan kənd sakini X1 tərəfindən kəsildiyini müəyyən etmişdirlər. Həmin şəxslərin barəsində qanuni tədbirlər görülməsi üçün Cəlilabad RPŞ-nə gətirmişdirlər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, işdə olan cinayət işinin başlanmasının rədd olunması 03 may 2024-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs maddi ziyan vurmasına dair toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTByə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Avtomonbil Yolları Dövlət Agentliyi “7 №-li X4” MMC-nin 03 may 2024-cü il tarixli, № 11-1/2-xx-xx/2024 saylı məktubundan görünür ki, sözügedən ərazidə baş vermiş hadisə nəticəsində təşkilata 36 AZN məbləği dəyərində ziyan dəymişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə Şəxsnın əməlində onun məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilməlidir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxsnın barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq... Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 36 (otuz altı) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-443/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-443/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver