Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-446/2023 28.04.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1989-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 izahatında göstərdi ki, Biləsuvar rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-899/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb X2na verilməsi qət edilmişdir. Hazırda Cəlilabad rayon İcra və Probasiya şöbəsinə 28 aprel 2023-cü il tarixdə X2 ərizə ilə müraciət edərək Şəxs ilə öz aralarında razılaşdıqlarını bildirmiş və Şəxs barəsində tərtib edilmiş ******* nörəli protokola xitam veriməsini xahiş etmişdir. Ona görə də Şəxs barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs ifadəsində göstərdi ki, onun barəsində Biləsuvar rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-899/2022 saylı icra vərəqəsinə əsasən ondan bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb X2na verilməsi qət edilmişdir. Hazırda X2 ilə öz aralarında razılaşmışlar. Ona görə də barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. İşdə olan tələbkar X1 rayon İcra və Probasiya şöbəsinə 28 aprel 2023-cü il tarixdə ərizə ilə müraciət edərək Şəxs ilə öz aralarında razılaşdıqlarını bildirmiş və Şəxs barəsində tərtib edilmiş ******* nörəli protokola xitam veriməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, Biləsuvar rayon məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(022)-899/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs bir uşağın saxlanması üçün hər ay 150 manat sabit pul məbləğində aliment alınıb X2na verilməsi qət edilmişdir. Tələbkar X1 rayon İcra və Probasiya şöbəsinə 28 aprel 2023-cü il tarixdə ərizə ilə müraciət edərək Şəxs ilə öz aralarında razılaşdıqlarını bildirmiş və Şəxs barəsində tərtib edilmiş ******* nörəli protokola xitam veriməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 27 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-446/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-446/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver