Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-448/2025 23.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-cü ildə Cəlilabad rayonunun Qarazəncir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Qarazəncir kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şahbazov X5 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3499/2023 saylı icra vərəqəsinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3499/2023 saylı icra sənədinə əsasən 17 noyabr 2018-ci il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi 2024-cü ilin mart ayında Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmışdır. Nəticədə borclunun icra sənədi üzrə hazırki vaxta 3000 manat aliment borcu yaranmışdır. 2024-cü ilin yay aylarında da borcu yarandığına görə axtarışla gətirilmişdir, həmin vaxt borcundan müəyyən qədər ödədiyinə görə məsuliyyətə cəlb edilməmişdir, lakin həmin vaxtdan bəri cəmi 2-3 dəfə müxtəlif məbləğlərdə ödənişlər etmişdir və hazırki borcu yaranmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlər nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 17 noyabr 2018-ci il tarixdə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ondan (barəsində icraat aparılan şəxsdən) alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Hazırda yaranmış aliment borcunu ödəmək iqtidarında deyildir. Maddi imkanı zəifdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Cərimə tətbiq edilərsə, onu da ödəmək gücündə deyil. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, o, həmçinin valdeynlik vəzifələrini kobud surətdə pozmuşdur, uşaqlarının mənafeyi və onların saxlanma xərclərinin qarşılanması üçün hərəkətsizlik etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 23 aprel 2025-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-448/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-448/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver