Məhkəmə qərarları › İş №3(073)-452/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-452/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-452/2024 29.05.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1961-ci ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Şiləvəngə kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Hüseynov X5 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-885/2021 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-885/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5200 (beş min iki yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbayan manatına olan məzənnəsi və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Eyni icra sənədi ilə bağlı daha əvvəl də Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 500 (beş yüz) manat məbləğində cərimə cərimə edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 885/2021 saylı icra vərəqəsinə əsasən ondan 5200 (beş min iki yüz) ABŞ dollarının ödəniləcəyi gün Azərbayan manatına olan məzənnəsi və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməlidir. O, icra sənədinin icrasından yayınmamış və qaçıb gizlənməmişdir. Ümumiyyətlə o, icra vərəqəsi ilə razılaşmır və icra sənədi üzrə borcu ödəmək niyyəti yoxdur. Kassasiya şikayəti təmin edilmədiyi üçün Avropa məhkəməsinə müraciət etmək niyyətindədir. Hələ də hesab edir ki, barəsində qəbul edilmiş məhkəmə qərarlarının heç biri düzgün deyildir. Belə halda isə Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi əsassızdır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə Şəxs ona istinad olunan inzibati xətanı törətməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun yaşını və səhhətini, onun təqsirinin dərəcəsini, həmçinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar