Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-455/2025 25.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi X3 iştirakı ilə, Şəxs – 06 fevral 1982-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 24 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2006-cı il tarixli, 1MK-№-6592/06 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1400 ABŞ dolları məbləğində pul alınıb tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2006-cı il tarixli, 1MK- №-6592/06 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1400 ABŞ dolları məbləğində pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan borcundan 100 manat ödəmiş, ona vaxt verilərsə qalan borcunu da hiss-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Şirvan Apellyasiya Məhkəməsinin 23 noyabr 2006-cı il tarixli, 1MK-№-6592/06 saylı icra vərəqəsinə əsasən ondan 1400 ABŞ dolları məbləğində pul alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra vərəqəsi üzrə borcunu ödəməkdən boyun qaçırmır. Əvvəlki illərdə tələbkarla razılaşmış və o, borcu tələb etməmişdir. Lakin son günlərdə yenidən borcu tələb edir. Hazırda o, sətətində problem olduğuna görə heç bir yerdə işləmir və tələbkar Zərərçəkmiş şəxs olan borcundan 100 manat ödəmişdir, qalan borcunu da ona vaxt verilərsə hissə-hissə ödəyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə icra məmurunun və inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 25 aprel 2025-ci il tarixdən, saat 09:55-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-455/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-455/2025
25.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver