Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-456/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törədən şəxs Şəxsnın, Şikayətçi Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs – xx.xx.1983-cü ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 24 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 23 aprel 2025-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhəri, Ə.Xanışov küçəsində Zərərçəkmiş şəxs ünvanına nalayiq ifradələr işlədərək və söyüşlər söymüşdür. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, Əlikiram Xanışov küçəsinə getmiş, evinin qabağında Natəvan Aslaova ilə söhbət etmiş, barışmaq istədiyini və məhkəməyə etdiyi şikayəti götürməsini demişdir. Natəvan isə onunla barışmayacağını deyib həyətinə girib qapını bağlamış, o da əsəbləşib küçədə Natəvanın ünvanına nalayiq ifadə və söyüşlər söymüşdür. Həmin vaxtı küçədə başqa şəxslərdə olmuş, lakin ətrafa diqqət etmədiyindən kim olduğunu bilməmişdir. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi Zərərçəkmiş şəxs izahatında göstərfi ki, xx.xx.2025-ci il tarixdə, axşam təxminən saat 18 radələrində boşanma ərəfəsində olduğu həyat yoldaşı Şəxs onun yaşadığı evə gəlmiş, içəri daxil olmaq istəyərərk ona içəri girməyə icazə verməsə də onu qapının qarşısında nalayiq söyüşlərələ təhqir etmişdir, o bu hərəkətləri dəfələrlə təkrar etmişdir. O dur ki, Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi şəsin, şikayətçinin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. X1 törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-456/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-456/2025
24.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver