Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-458/2025 05.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Cəlilabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nörməli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X2 Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X5 həmin qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat inzibati cərimə edilmişdir. X5 xx.xx.2025-ci il tarixdə idarə etdiyi ** BV *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən Cəlilabad Rayon Polis X7 Xidmətinin əməkdaşı Tural Mamedov tərəfindən saxlanılaraq cərimə edilmişdir. Şikayətçi hesab edir ki, Cəlilabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati tənbeh vermə haqqında qərar ədalətli olmamış və günahsız olduğu halda onun təqsirli sayılmağı İnzibati Xətalar Məcəlləsinin müddəalarına zidd olmuşdur. Ona görə də hazırki qərardan şikayət vermək qərarına gəlmiş və qeyd olunanların nəzərə alınaraq onun (şikayətçinin) barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə şikayət vermiş şəxsə və inzibat orqana lazımi qaydada məlumat verilməsi baxmayaraq iclasda iştirak etməmişdirlər. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassızdır. İşdə olan Cəlilabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 400 (dörd yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, verilmiş şikayətdə qərarın ləğv edilməsi üçün əsaslar və ya şikayət vermiş şəxsin təqsirsizliyini müəyyən edən hər hansı əsas göstərilməmiş, qərarın qanunsuz yazılması və buna görə də onun ləğv edilməsi xahiş edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə görə bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağna çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etmiş, əlavə olaraq yol nişanlarının tələblərinə əmək etməmiş, buna görə də barəsində İXM-in 327.1 və 332.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, X2 Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin qərarın əsassız olmasını təsdiq edən hallarla bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Cəlilabad Rayon Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP-7099566 nömrəli inzibati xəta haqqında iş üzrə qərarın əsassız və qanunsuz olması müəyyən edilməmişdir. Bu səbəbdən X3 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60, 110 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-458/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-458/2025
05.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver