Məhkəmə qərarları › İş №3(073)-459/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-459/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-459/2024 07.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakı ilə, Şəxs – xx.xx.1976-cı ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Cəlilabad rayonu, Maşlıq kəndində yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə X9 materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya haqqında protokol daxil olmuşdur. 04 iyun 2024-cü il tarixli, MN ******* nömrəli X9 protokoldan görünür ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(073)-546/2023 saylı icra vərəqəsinə əsasən 2315 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X5 və Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-763/2023 saylı icra vərəqəsinə əsasən isə 1809,11 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 04 may 2023cü il tarixli, 2(073)-546/2023 saylı icra vərəqəsinə əsasən 2315 manat məbləğində pul vəsaiti alınaraq X5 və Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-763/2023 saylı icra vərəqəsinə əsasən isə 1809,11 manat məbləğində pul vəsaiti alınaraq "xxxx" MMC-yə verilməlidir İcra vərəqələri üzrə borclu Şəxs borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs hal-hazırda tələbkar X5 2315 manat və tələbkar "xxxx" MMC-yə isə 1809,11 manat məbləğində borcu yaranmışdır. Hazırda borclu Şəxs tələbkar X5 olan borcundan 300 manat və tələbkar "xxxx" MMC-yə olan borcundan isə 100 manat razılaşaraq ödəmişdir və qalan borclarını da yaxın vaxtda hissə-hissə ödəyəcəyini bildirmişdir. Ona görə də Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, ondan Cəlilabad Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(073)-546/2023 saylı icra vərəqəsinə əsasən 2315 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X5 və Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-763/2023 saylı icra vərəqəsinə əsasən isə 1809,11 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. Hazırda o, tələbkar X5 olan borcundan 300 manat və tələbkar "xxxx" MMC-yə olan borcundan isə 100 manat razılaşaraq ödəmişdir və qalan borclarını da yaxın vaxtda hissə-hissə ödəyəcəyini bildirmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan X9 işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(073)-546/2023 saylı icra vərəqəsinə əsasən 2315 manat məbləğində pul vəsaiti alınaraq ona verilməlidir. Borclu Şəxs borcundan 300 (üç yüz) manat ödəmişdir. O, həmin məbləği qəbul etmiş və hazırda Şəxs şikayətçi deyildir. Ona görə də Şəxs barəsində olan X9 işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan X9 işin icraatına xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün X9 protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında icra məmurunun, borclunun və tələbkarın izahatları və iş materialları ilə müəyyən edildi ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(073)-546/2023 saylı icra vərəqəsinə əsasən 2315 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X5 və Cəlilabad Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(073)-763/2023 saylı icra vərəqəsinə əsasən isə 1809,11 manat məbləğində pul vəsaiti alınaraq tələbkar "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Borclu Şəxs borclarını mütamadi ödəməməsi, onun borcunun yığılması ilə təstiq olunmuşdur. İcra vərəqəsi İcra Şöbəsinə daxil olduqdan sonra borclu Şəxs borcunun ödənilməsi istiqamətində real icra hərəkətləri etmişdir və icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi müəyyən edilmir. Belə ki, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs tələbkar X5 olan borcundan 300 (üç yüz) manat ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, borclu Şəxs tələbkar "xxxx" MMC-yə olan borcundan 100 (bir yüz) manat ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə iclasında borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış X9 iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 528-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2024-cü il tarixli, MN ******* saylı X9 protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış X9 iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Cəlilabad Rayon Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar