Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-46/2023 13.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, X8 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaxın Market” obyektini işlədən X3 barəsində Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: 15 dekabr 2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaxın Market” obyektində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Bununla da Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaxın Market” obyektini işlədən X7 Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X8 İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşn “Yaxın Market” obyektində müvafiq icazə sənədi olmadan qanunsuz reklam yayımlanması aşkar olunmuşdur. Reklamların qanunsuz yayımlanması faktı ilə bağlı fəaliyyət göstərən “Yaxın Market” obyektinin işlədicisinə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, əlavə reklam yayımı üçün müvafiq icazə sənədinin alınmasından ötrü X8 İdarəsinə müraciət etməmişlər. Bunula da, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinin, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsinin tələblərini pozmuşlar. X8 İdarəsinin qanunla üzərinə qoyulan məsuliyyət və səlahiyyətlər çərçivəsində Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaxın Market” obyektini işlədən X3 barəsində müvafiq tədbir görülməsi üçün protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən X3 barəsində vəzifəli şəxs kimi protokol tərtib edilmişdir. Ona görə də Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yerləşən “Yaxın Market” obyektini işlədən X7 barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs X3 bu əməli inzibati xəta haqqında protokolla və Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsinin izahatı, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. İnzibati xətanı törətmiş şəxs X5 dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X6 Regional Reklam İdarəsinin xx.xx.2022-ci il tarixli, 000774 saylı göstəriş məktubunun surətindən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın (bundan sonra-qayda) 3-cü bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması X2 tələb olunmuş. Əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7-ci maddəsində və Qaydaların 3.5-ci bəndində nəzərdə tutulmuş məsuliyyət tədbirləri tətbiq olunacaqdır. İşdə olan ********** saylı VÖEN-nin surətindən görünür ki, X7 fərdi sahibkarlıq statusuna malikdir. Azərbaycan Respublikası İnibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə inzibati xəta törətmiş şəxs X3 barəsində inzibati tənbeh tədbiri görərkən vəzifəli şəxs olmasını və dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs X7 Azərbaycan Respulikası İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-46/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-46/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver