Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-461/2023 04.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun, Məhkəmə iclas katibi X1, İnzibati xəta törədən Şəxs, Şəxs – xx.xx.1986-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X4 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində arvadı X2 ünvanına nalayiq söyüşlər söyərək xırda xuliqanlı hərəkətləri etmişdir. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, sprtli içki qəbul etdikdən sor Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi Lider marketinin qarşısın gəlmiş orada işləyən arvadı X3 ilə aralarında mübahisə yaranmış, bu zamanı özündən aslı olmayaraq arvadı X2 ünvanına nalayiq söyüşlər işlətmişdir. Əməlindən səmimi peşmandır. Birdə belə hallara yol verməyəcəkdir. Qeyd edilənlərə nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində Şəxs sprtli içkinin təsiri altında Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi Lider marketinin qarşısın gəlmiş orada işləyən arvadı X3 ilə aralarında mübahisə yaranmış, bu zamanı arvadı X2 ünvanına nalayiq söyüşlər işlədərək ucadan səs-küy sallaraq ictimai qaydanı pozmuşdur. Daha sonra Şəxs Göytəpə PB-nə gətirilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, zərərçəkmiş şəxslərin və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzabit qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İşdə olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə, saat 17:35-də tutulmuşdur. Buna görə də Şəxs inzibati qaydada tutulduğu müddət inzibati həbs müddətinə daxil edilərək, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:35-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:35-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-461/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-461/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver