Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-463/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, DİN BDYPİ Mərkəzi Məlumat Xidməti rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, EQ27406629 nörməli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 DİN BDYPİ Mərkəzi Məlumat Xidməti rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, EQ27406629 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. X2 həmin qərardan şikayət verərək, qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abdullazadənin 18 aprel 2025-ci il tarixdə əsassız olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, həmin tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində etibarnamə əsamda idarə etdiyi “Mitsubishi Airtrek" minik markalı, **-VS-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasın da hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə-görə qırx manat məbləğində cərimə edilir. Lakin həmin qərarda şikayətçinin hansı yol hərəkət qaydasını pozduğu belə qeyd edilməmişdir. Belə ki, iş materialına əlavə edilmiş foto görüntülərdən də görünür ki, həmin ərazidə (Cəlilabad şəhəri Qurtuluş prospektində) heç bir yol nişanı və ya yolların hərəkət hissəsinin işarələri (yəni asfalt üzərində heç bir qadağanedici xətt çəkilməmişdir) yoxdur. Buna baxmayaraq yolların hərəkət hissəsi üzərində heç bir qadağanedici işarələr olmadan barəsində inzibati cərimə əsassız olaraq yazılmışdır. Odur ki, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin 18 aprel 2025-ci il tarixli, EQ 27406629 nömrəli inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və ədalətsiz hesab edir. Ona görə də hazırkı qərardan şikayət vermək qərarına gəlmiş və qeyd olunanların nəzərə alınaraq onun barəsində tərtib olunmuş 18 aprel 2025-ci il tarixli, EQ27406629 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassızdır. İşdə olan DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, EQ27406629 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan, inzibati xəta hadisəsinin görüntüsünü müəyyən edən və xüsusi texniki vasitə tərəfindən çəkilmiş fotolardan görünür ki, şikayətçinin avtomobili və digər avtomobillər svetoforun qadağanedici işarəsi ilə dayanmışlar, şikayətçinin avtomobili yanındakı avtomobilə nisbətən daha irəlidə, yerdə çəkilmiş qadağanedici zolağı – stopxətti keçərək dayanmışdır. Həmin şəkillərdə yerdə ağ rəng ilə çəkilmiş nişanlama – stopxətt zolağı aydın görünür. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin hər hansı əsası yoxdur, şikayətçi stopxətti keçərək avtomobilini svetoforun qadağanedici işarəsi ilə saxlamışdır, həmçinin həmin xətt aydın şəkildə müəyyən edilir, buna görə də inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 57, 75, 110-115, 128 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, EQ27406629 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayəti təmin edilməsin. Qərardan, surəti alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-463/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-463/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver