Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-464/2023 04.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1988-ci ildə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Sabuncu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-82/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs maddi ziyanın əvəzi olmaqla 11.900 manat və 30 manat dövlət rüsumu X1 verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərdi ki, Sabuncu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-82/2019 saylı icra vərəqəsinə əsasən borclu Şəxs maddi ziyanın əvəzi olmaqla 11.900 manat və 30 manat dövlət rüsumu X1 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs hal-hazırda Sabuncu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-82/2019 saylı icra vərəqəsi üzrə 10.483 manat məbləğində borcu vardır və heç bir ödəniş etməmişdir. Borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Sabuncu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-82/2019 saylı icra vərəqəsinə əsasən ondan maddi ziyanın əvəzi olmaqla 11.900 manat və 30 manat dövlət rüsumu X1 verilməsi qət edilmişdir. Onun hal-hazırda Sabuncu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(008)-82/2019 saylı icra vərəqəsi üzrə 10.483 manat məbləğində borcu vardır və həmin borcundan ödəniş etməyə imkanı yoxdur. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-464/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-464/2023
04.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver