Məhkəmə qərarları › İş №3(073)-464/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-464/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-464/2025 16.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi-baş məsləhətçi-baş əmək müfəttişi X6 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X13 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X13 verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanı törətdiyinə görə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və o, 700 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən X12 2023-cü ildən əvəz etdiyi kadrlar işini apardığına görə əlavə əmək haqqı ödəməmişdir. Hesab edir ki, barəsində olan həmin qərar əsassızdır və ləğv edilməlidir. Həmin işçi ilə əmək müqaviləsi onun dövründə bağlanmamış və kadrlar işini aparmasına görə əlavə əmək haqqının verilməsi onunla əvvəlki işəgötürən arasında bağlanılmış əmək müqaviləsində qeyd edilmişdir. 2022-ci ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən maliyyə yoxlaması zamanı Mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləyən X4 vəsait nəzərdə tutulmadığı halda kadrlar işini aparmaqdan ötrü 4696.12 manat əlavə əmək haqqı hesablandığı aşkar edilmiş və bununla bağlı 29 noyabr 2022-ci il tarixli akt tərtib olunmuşdur. Həmin vaxtdan sonra ona kadrlar işinin icrasına görə əlavə əmək haqqı ödənilməmişdir. Bundan başqa, Mərkəzdə hazırda kadrlar üzrə mütəxəssis ştatı yoxdur və buna görə ona əlavə əmək haqqının verilməsi də mümkün deyil. Odur ki, barəsində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Xidmətinin Lənkəran-Astara regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi baş məsləhətçi-baş əmək müfəttişi X7 verdiyi izahatında protokolun və inzibati tənbeh vermə haqqında qərarın müvafiq sənədlər əsasında tərtib edildiyini və şikayətin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, işəgötürən X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işləyən X12 2023-cü ildən hazırki vaxtadək əvəz etdiyi kadrlar işini apardığına görə əlavə əmək haqqı ödəmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və 700 manat məbləğində cərimə edilmişdir. - 01 iyun 2013-cü il tarixli Əmək müqaviləsindən görünür ki, X15 01 iyun 2013-cü il tarixdən Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsində işə qəbul edilmişdir. Əmək müqaviləsinin 8.2-ci bəndinə əsasən ona kadrlar işinin icrası da həvalə edilmişdir. - 29 noyabr 2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən maliyyə yoxlaması zamanı Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləyən X4 vəsait nəzərdə tutulmadığı halda Mərkəzdə kadrlar işini aparmaqdan ötrü 4696.12 manat əlavə əmək haqqı hesablanıb ödənilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru X10 ünvanlanmış bildirişdən görünür ki, X3 şəhəri M.Hadi küçəsi ev 260 ünvanında yaşayan X2 üzrə mütəxəssis vəzifəsini icra etdiyi halda əmək haqqısına əlavənin ödənilməməsi barədə müraciəti ilə bağlı inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək üçün xx.xx.2025-ci il tarixdə saat 15:00-da X16 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə və ya video konfrans vasitəsilə dəvət olunmuş və bununla bağlı ona bütün sübutların, izahat və mülahizələrin təqdim olunması təklif olunmuşdur. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X15 ilə 01 iyun 2013-cü il tarixdə bağlanmış müqavilə əsasında o, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Ona həmçinin kadrlar işinin icrası da həvalə edilmişdir. 29 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən maliyyə yoxlaması zamanı Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləyən X4 vəsait nəzərdə tutulmadığı halda Mərkəzdə kadrlar işini aparmaqdan ötrü 4696.12 manat əlavə əmək haqqı hesablandığı müəyyən edilmişdir. Həmin vaxtdan X5 işinin icrasına görə əlavə əmək haqqı ödənişi dayandırılmışdır. X15 bununla bağlı X16 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə müraciət etmiş nəticədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.4-cü maddəsində nəzərədə tutulan inzibati xətanı törətdiyinə görə Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru X13 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 700 manat məbləğində cərimə edilmişdir. X13 isə inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçini və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyərək, işdə olan sənədləri hərtərəfli tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Cəlilabad rayonu Gigiyena və Epidemiologiya Mərkəzində əməyin mühafizəsi və texniki təhlükəsizliyi üzrə mühəndis vəzifəsində işləyən X12 öz əmək funksiyalarının icrası ilə yanaşı kadrlar işinin icrasının da həvalə edilməsi onunla 01 iyun 2013-cü il tarixdə bağlanılmış əmək müqaviləsində əks olunmuşdur. İşçiyə öz vəzifə funksiyalarının icrasıyla yanaşı başqa əmək funksiyalarının icrasına görə əlavə əmək haqqının verilməsi qanunvericiliyin tələblərinə uyğundur. Lakin işçiyə öz əmək funksiyalarının icrasıyla yanaşı digər əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasının yerinə yetirməsi 3 aydan artıq müddətdə olmamalıdır. Qanunvericiliyə əsasən bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir. Həmin Məcəllənin 61-ci maddəsinin 3-cü bəndinə əsasən boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür. Məhkəmə müvafiq qurumun yoxlamasından sonra işə götürən tərəfindən işçi X12 öz əmək funksiyalarının icrası ilə yanaşı kadrlar işinin icrasına görə əlavə əmək haqqının ödənilməsinin dayandırılması ilə bağlı qeyd edir ki, ilk öncə bununla bağlı əmək şəraitinin şərtlərini dəyişdirməzdən əvvəl işəgötürən işçiyə xəbərdar etməli və onunla bağlanan əmək müqaviləsində əmək funksiyaları yenidən müəyyən edilməli idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən, İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Göründüyü kimi, işəgötürən tərəfindən qanunvericiliyin müvafiq tələblərinə əməl edilməmiş və qeyd edilən inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 161-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyası ilə yanaşı müəyyən edilmiş iş vaxtı ərzində işçi tərəfindən digər müvafiq peşələr (vəzifələr) üzrə əmək funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə müəyyən edilib ödənilməlidir. Peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əmək haqqına əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar