Məhkəmə qərarları › İş №3(073)-467/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-467/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-467/2025 28.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonu, Uzuntəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510-cu və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 27 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 27 aprel 2025-ci il tarixdə saat 20:05 radələrində Cəlilabad şəhəri, Qurtulu küçəsində ünvansız nəlayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, o, 27 aprel 2025-ci il tarixdə, Cəlilabad rayonu, Qarğılı kəndindən idarə etdiyi kamaz markalı yük maşını ilə mal peyini gətirərkən Cəlilabad şəhəri, Cavadxan küçəsində polis əməkdaşları ona saxla işarəsi vermişlər, O, avtomaşını yolun kənarında saxladıqdan sonra polis əməkdaşlarına maşındakı torpaq yox məz mal peyi olduğunu izah etmiş, polis əməkdaşları ona şöbəsə getməyi bildirmişlər o da razılaşmış, hətta bir nəfər polis əməkdaşı da onun avtomaşınına əyləşmişdir. Şöbəyə gedərkən əmisi zəng vurmrara Qurtuluş prospekti ilə gəlməsini o da onula birgə getməsini bildirmişdir. O da Cəlilabad RPŞ-yə dönməmiş və Qurtuluş prospektinə tərəf hərəkət etmişdir. DYP əməkdaşları ona saxla əmri vermiş o da biraz qabağa gedib saxlamışdır. Sonra onu Cəlilabad RPŞ-yə gətirmişlər. Etdiyi əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin YPX-nin polis nəfəri vəzifəsində işləyən 27 aprel 2025-ci il tarixdə xidmətdə olduğu zaman PPXB-nin sürüçüsü polis nəfəri Gündüz Zeynalov tərəfindən radistansiya vasitəsi ilə onlara məlumat verilmiş ki, Qurtuluş prospekti istiqamətində Kamaz markalı **- BM-*** dövlət qeydiyyat nişanlı yük kamazı torpaqla yüklü vəziyyətdə hərəkətdədir. Onlar dərhal Qurtuluş prospektində həmin yük kamazının sürücüsünə saxla işarəsi vermişlər. Lakin sürücü onların qanuni tələblərini tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdikdən sonar maşını yolun kənarında saxlamış. Onlar ona yaxınlaşıb özlərini təqdim edən zaman sürücü kamazdan yerə düşərək əsəbi vəziyyətdə səs-küy salaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış Onlar həmin şəxsi nizam-intizama dəvət etsələ də onların qanuni tələblərini məhəl qoymayaraq yenidən onlara tabesizlik göstərmişdir. Onlar da PPXB-nin əməkdaşlarının köməyi ilə Yük kamazını RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərfi ki, o, Cəlilabad RPŞ-nin YPX-nin polis nəfəri vəzifəsində işləyən 27 aprel 2025-ci il tarixdə xidmətdə olduğu zaman PPXB-nin sürüçüsü polis nəfəri Gündüz Zeynalov tərəfindən radistansiya vasitəsi ilə onlara məlumat verilmiş ki, Qurtuluş prospekti istiqamətində Kamaz markalı **- BM-*** dövlət qeydiyyat nişanlı yük kamazı torpaqla yüklü vəziyyətdə hərəkətdədir. Onlar dərhal Qurtuluş prospektində həmin yük kamazının sürücüsünə saxla işarəsi vermişlər. Lakin sürücü onların qanuni tələblərini tabe olmayaraq öz qanunsuz hərəkətlərini davam etdirdikdən sonar maşını yolun kənarında saxlamış. Onlar ona yaxınlaşıb özlərini təqdim edən zaman sürücü kamazdan yerə düşərək əsəbi vəziyyətdə səs-küy salaraq ucadan nalayiq ifadələr işlətməyə başlamış Onlar həmin şəxsi nizam-intizama dəvət etsələ də onların qanuni tələblərini məhəl qoymayaraq yenidən onlara tabesizlik göstərmişdir. Onlar da PPXB-nin əməkdaşlarının köməyi ilə Yük kamazını RPŞ-yə gətirmişlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar