Məhkəmə qərarları › İş №3(073)-472/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-472/2024

06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-472/2024 06.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1968-ci il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Göytəpə şəhər Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhəri Qurtuluş prospektində ucadan nalayiq ifadələr işlədərək ictimai asaişi pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək verdiyi izahatında göstrədi ki, qardaşı Əlisanı yolda tanımadığı adamlar tərəfindən döyüldüyünü eşidərək avtomobilinə minərək dərhal hadisə yerinə getmiş, qardaşının içkili və sifətinin qanlı vəziyyətdə olduğunu görmuş, yaxınlığda dəmir dirəyə dəyib əzilmiş vəziyyətdə olan OPEL markalı avtomaşının sürücüsü və onun yanında sonradan bildiyi atası ilə mübahisə etdiyini görmüşdür. Qardaşı Əlisadan kim tərəfindən döyüldüyünü soruşanda o, OPEl avtomobilin sürüçüsü və onun yanında olan bir başqa cavan oğlanın onu döydüyünü bildirmişdir. O da əsəblərini cilovlaya bilmədiyi üçün Opel markalı maşının sürücüsünün atasının ağzında yumruğ vurmuşdur. Əməlindən səmimi peşman olduğunu göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Göytəpə PB-nin məsu növəbtçisi, polis mayoru Xalid Feyziyevin məlumatı əsasında Göytəpə PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı İlkin İmsayılov və sahənin polis nəfəri polis serjantı Əlizamin Məcidovun olduğu Göytəpə şəhəri Qurtuluş küçəsinə getmişdir. Yolun kənarında adını sonradan bildiyi Şəxs Əlisafa oğlunun ucadan nalayiq ifadələr işlədərək vətəndaşların üzərinə hücum çəkdiyini görmüşdür. Həmin anda onun ictimai qaydanı pozan hərəkətlərinin qarşısını almaq istəyərkən Şəxs polis serjantı Əlizamin Məcidovun xüsusi geyim formasının olduğu qalstukunu tutub dartaraq qırmışdır və ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bu zaman onlar Şəxs nizam-intizama dəvət etmiş və X4 gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Göytəpə şəhəri Qurtuluş küçəsi köhnə DYP postundan 300-400 metr Cəlilabad şəhəri istiqamətində olan hissədə hərəkətdə olarkən yolun kənarında adını sonradan bildiyi Şəxs Əlisafa oğlunun ucadan nalayiq ifadələr işlədərək vətəndaşların üzərinə hücum çəkdiyini görmüşdür. Onun hərəkətlərinin qarşısını almaq istəyərkən Şəxs polis onun xüsusi geyim formasının qalstukunu qırmış və ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bu zaman onlar Şəxs nizam-intizama dəvət etmiş və X4 gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Şəxs Əlisafə oğlu onun qardaşıdır. Həmin hadisə zamanı o da Hafizin yanında olmuşdur. Qardaşı Şəxs ictimai qaydanı pozmamış, onu döyən şəxslərə qarşı onu qorumuşdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 19:50-dən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar