Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-480/2023 11.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7, İnzibati xəta törətmiş şəxs Şəxs, X1 iştirakı ilə, Şəxs – xx.xx.1985-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(073)-1871/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat aliment alınaraq X2na verilməməklə icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(073)-1871/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat aliment alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs hal-hazırda Cəlilabad rayon məhkəməsinin 03 iyun 2020-cu il tarixli icra vərəqəsi üzrə ona 6150 manat məbləğində aliment borcu vardır və heç bir ödəniş etməmişdir. Borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, onun barəsində Cəlilabad rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(073)-1871/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat aliment alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. Onun hal 03 iyun 2020-cu il tarixli icra vərəqəsi üzrə 6150 manat məbləğində aliment borcu vardır və həmin borcundan ödəniş etməyə imkanı yoxdur. X2 izahatında göstərdi ki, Cəlilabad rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli, 2(073)-1871/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. Şəxs hazırda 03 iyun 2020-cu il tarixli icra vərəqəsi üzrə ona 6150 manat məbləğində aliment borcu vardır və heç bir ödəniş etməmişdir. Borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-480/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-480/2023
11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver