Məhkəmə qərarları › İş №3(073)-483/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-483/2023

11.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-483/2023 11.05.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, inzibati xəta törədən şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxsh Ramiz oğlunun və X6, onun müdafiəçisi X7 iştirakı ilə, Şəxs – xx.xx.1953-cü ildə Puşkin rayonu, Səmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdi: 11 may 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxsh Ramiz oğlu və X8 ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Taleh Qasımovu və Cəmilə Qasımovanı döymüşdür. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs bu əməli inzibati xəta haqqında protokolla, özünün və zərərçəkmişlərin izahatları, eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahtında bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı ünvanda olan zaman münaqişə yaranmış, daha sonra isə gəlni Səbinə Qasımzadə qardaşı Taleh Qasımova zəng edib onu yaşadığları ünvana çağırmış, bundan təxminən 1 saat sonra Taleh Qasımov anası Cəmilə Qasımova ilə birlikdə onların yaşadığı ünvana gələrək onun və həyat yoldaşı X9 ünvanına nalayıq ifadələr işlədərək münaqişə yaratmışlar, münaqişə zamanı Taleh Qasımov ayağı ilə onun sağ qıç nahiyyəyə vurraraq xəsarət yetirmiş, onu və həyət yoldaşı Əli Əhədovu öldürməklə hədələmiş, həmçinin həmin vaxtı səs küyə gələn qızı Ruqiyyənin də boğqaz nahiyyəsinə Cəmilə Qasımova xəsarət yetirmiş və sonradan Taleh Qasımov və onun anası Cəmilə Qasımova onların yaşadığı evdən çıxıb getmişlər, hadisə zamanı orada olan ondan başqa həyət yoldaşı Əli Əhədovun gəlini Səbinə Qasımova, qızı Ruhiyyə Əhmədova, Taleh Qasımova və onun anası Cəmilə Qasımova olmuşdur, başqa heç kimin olmamışdır. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermiş hadisə zamanı Taleh Qasımova və onun anası Cəmilə Qasımovaya heç bir xəsarət yetirməmiş və yaşadığı evdən çıxıb getmişlər. Hazırda etdiyi əmələ görə özünü təqsirli bilir, əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxlərlə barışdığını və gələcəkdə belə hallara yol verməyəcəyini bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs Zərərçəkmiş şəxsh Rasim oğlu izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə bacısı Səbinə anası Cəmiləyə zəng edərək ailələrində münaqişə və dava-dalaş olduğunu bildirmiş, daha sonra isə bacısının qaynatası Əli Əhədov onun istifadə etdiyi mobil nömrəyə zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib onu onların yaşadığı ünvana çağırmış, bundan sonra anası Cəmilə ilə birlikdə bacısının yaşadığı Cəlilabad rayon, Üçtəpə kəndində onun ünvana getmişlər. Anası ilə birlikdə Cəmilə onların yaşadığı evin həyətinə daxil olan zaman Əli Əhədovun və onun həyət yoldaşı Şəxs olduğunu gördüyünü həmin vaxt bacısının orada olmadığını, sonradan bacısı səs-küyə gəldiyini, onlarla salamlaşdığdan sonra əvvəlcə Əli Əhədov ona heç bir söz deməsədə, lakin sonradan onun həyat yoldaşı Şəxs onun üzərinə hüçum çəkərək əlində olan stul ilə baş nahiyyəsinə vurmaq istəyərkən əlini irəli vermiş və qol nahiyyəsindən vuraraq xəsarət yetirmişdir, bundan sonra Əli və onun arvadı Səmayə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə gələrək Şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Hazırda Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkən şəxs X8 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə qızı Səbinə ona zəng edərək ailələrində münaqişə və dava-dalaş olduğunu bildirdi, daha sonra isə qızının qaynatası Əli Əhədov oğlunun istifadə etdiyi mobil nömrəyə zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib onu onların yaşadığı ünvana çağırdığını, bundan sonra oğlu Taleh ilə birlikdə qızının yaşadığı Cəlilabad rayon, Üçtəpə kəndində yaçadığı ünvana getmişlər. Tural ilə birlikdə onların yaşadğı evin həyətinə daxil olan zaman Əli Əhədovun və onun həyət yoldaşı Şəxs olduğunu gördüklərini həmin vaxt bacısının oradaolmadığını, sonradan bacısı səs-küyə gəldiyini, onlarla salamlaşdığdan sonra əvvəlcə ƏliƏhədov ona heç bir söz deməsədə, lakin sonradan onun həyat yoldaşı Şəxs onun üzərinə hüçum çəkərək əlində olan stul ilə baş baş nahiyyəsinə vurmaq istəyəndə əlini irəli verdiyini və qol nahiyyəsindən vuraraq xəsarət yetirdiyini, bundan sonra Əli Əhədov və onun arvadı Səmayə onların ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə ilə bağlı Cəlilabad rayon Polis Şöbəsinə gələrək Şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişlər. Hazırda Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək inzibati işin icraatına xitam verilməsini xahiş etdi. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 212 saylı rəyində göstərilir ki, Zərərçəkmiş şəxsh Ramiz oğlunda sol mil-bilək oynağı sıyrıq müəyyən olundu, müəyyən olunan bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. İşə əlavə edilmiş Cəlilabad MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 212 saylı rəyində göstərilir ki, X2 said nahiyyəsində qançır və sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyaların təsirindən törənmişdir, törəmənin müddəti qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsinin qeydinin 3-cü bəndində göstərilmişdir ki, bu maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs ilə zərərçəkmiş şəxslər X5 və Zərərçəkmiş şəxsh Ramiz oğlunun barışdıqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs oğlu inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati materialın icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə təqsirləndirildiyi inzibati material üzrə zərərçəkmiş şəxs X1 ilə barışdığı üçün barəsində olan inzibati materialın icraatına xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar