Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-488/2024 10.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1996-ci il tarixdə Cəlilabad rayonu, Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla, Cəlilabad şəhəri, Azərbaycan küçəsində yaşayan barəsində Cəlilabad rayon Polis Şöbədindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri, Azərbaycan küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai asaişi pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək verdiyi izahatında göstrədi ki, xx.xx.2024-cü il tarixdə gecə saatlarında Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkətdə olduğu vaxt ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər, “gecənin bu saatında nə gəzirsən deyə soruşmuşlar”, o da aqresiv şəkild sərxoş olduğu üçün ucadan ünvamnsız naliyiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. Polis əməkdaşları onun barəsində qanuni tədbir görülməsi üçün Cəlilbad RPŞ-ə dəvət etmişlər. Əməlindən səmimi peşman olduğunu göstərərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 ilə birlikdə xidmətdə olarkən gecə saatlarında bir nəfər şəxsin Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkətdə olarkən həmin şəxə yaxınlaşaraq özlərini təqdim etmiş və gecənin bu vaxtəında nə gəzdiyini soruşduqda o, aqresiv şəkildə içkili olduğu üçün ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bu zaman onlar Şəxs nizam-intizama dəvət etmiş və Cəlilabad RPŞ-yə gətirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Cəlilabad rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 ilə xidmətdə olarkən gecə saatlarında bir nəfər şəxsin Cəlilabad şəhəri, Azərbaycan küçəsi ilə piyada hərəkətdə olarkən həmin şəxə yaxınlaşaraq özlərini təqdim etmiş və gecənin bu vaxtəında nə gəzdiyini soruşduqda o, aqresiv şəkildə içkili olduğu üçün ucadan nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuşdur. Bu zaman onlar Şəxs nizam-intizama dəvət etmiş və Cəlilabad RPŞ-yə gətirmişdirlər. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs törətdiyi əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddsi ilə 10 (on) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-488/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-488/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver