Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-488/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Şikayət verən şəxs X3 barəsində 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi, inzibati xəta tərkibi olmadığı əsası ilə iş üzrə icraata xitam verilməsi barədə materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi, inzibati xəta tərkibi olmadığı əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət verən şəxs X3 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsində göstərmişdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran- stara regional şöbəsi tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunan məlumatlar əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3100 (üç min yüz) manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar hüq hüquqi baxımından əsasızdır və qanuna ziddir. Qərar ona xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bundan başqa tərtib edilmiş qərar təkrar olaraq əsaslandırılmadığından bundan əvvəl qəbul edilmiş preyudusial xarakter daşıyan məhkəmə qərarlarına ziddir. Hazırki məsələ ilə heç bir araşdırma aparılmayıb, ərizəçinin və digər şəxlərin ifadələri alınmayıb. Eyni zamanda kiminsə tərəfindən göstərilən şəxslərlə müqavilənin olub-olmaması faktı müəyyən edilməyib . Şikayətçi içazələrin alınması və ləğvi ilə bağlı heç bir müraciət etməmişdir. Eyni məzmunlu məsələ ərizəçinin partnyor olduğu Road and Consutruction MMC və onun rəhbəri X8 da qarşı olmuşdur. Verilmiş şikayətlər nəticəsində məhkəmələr eyni məzmunlu qərarlar qəbul edərək təstiq etmişdir ki, işin halları yetərincə araşdırılmamaış və şəxslərin inzibati tənbeh olması üçün heç bir əsas yoxdur. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunan məlumatlar əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3100 (üç min yüz) manat məbləğində cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X9 izahatında bildirdi ki, X7 əmək müqaviləsi ilə işlətdiyi işçilərinin əmək müvaqiləsinə xitam versə də həmin şəxslərin adları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron portalından silinməmişdir. İşə götürən özü bu barədə müvafiq qaydada məlumat verməlidir, belə ki, əmək müqaviləsinə xitam verən şəxs odur. Bu barədə X4 rəsmi qaydada bildirşlər göndərilərək məlumatlandırlımışdır, həmin işçilərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron portalından silinməsi üçnün ona vaxt verilsə də o, öz öhdəliyini icra etməmişdir. Daha sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunan məlumatlar əsasında barəsində 01 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3100 (üç min yüz) manat məbləğində cərimə olunmuşdur. Şikayətin əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə ərizəni və iş materallarını araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə və inzibati xəta üzrə icraata xitam verilməsinə dair ərizə təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 22 iyul 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X5, X12, X15 və X10 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə münmədən işlərin görülməsinə cəlb etmiş və bu səbəbdən də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X7 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X5, X12, X15 və X10 işğaldan azad olunmuş ərazilərdə əmək müqaviləsi hüquqi qüvvəyə münmədən işlərin görülməsinə cəlb etdiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3100 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiüi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunmur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə yuğun olmamış, iş üzrə bütün faktiki hallar tam və hərtərəfli qaydada öyrənmək üçün lazimi tədbirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərərk iş materialları məhkəməyə göndərilmiş, vətəndaş X3 izahatı alınaraq zəruri araşdırma aparılmamış, X7 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması və ya X1, X6, X11 və X10 əmək müqaviləsi hüquqi qüvvəyə münmədən işlərin görülməsinə cəlb edilməsi dəqiqləşdirilməmişdir. Bunula da şəxsin təqsirliyi sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanının (qurumlarında) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün halları araşdırmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin vəzifəli şəxsi X7 tərəfindən X1, X6, X11 və X10 əmək müqaviləsi hüquqi qüvvəyə münmədən işlərin görülməsinə cəlb olunub-olunmamları araşdırılmamışdır. Belə olan halda, X1, X6, X11 və X10 həqiqətən X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə münmədən işlərin görülməsinə cəlb edilməsi anlamına gəlmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X7 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında 01 aprel 2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-488/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-488/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver