Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-489/2024 10.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1996-cı ildə Cəlilabad rayonu, Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Ləkin kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Azərbaycan küçəsində yaşayan barəsində Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya dair material məhkəməyə daxil olmuşdur. 10 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)- 1221/2021 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməli və Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 3(073)-635/2022 saylı qərarəna əsasən isə 2100 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iclasında Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, borclu Şəxs Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)-1221/2021 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsi və Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 3(073)-635/2022 saylı qərarəna əsasən isə 2100 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələr gətirərək borclarını ödəməkdən boyun qaçırmışdır. Borclu Şəxs hal-hazırda ümumilikdə 5280 manat məbləğində borcu vardır və heç bir ödəniş etməmişdir. Ona görə də borclu Şəxs inzibati qaydada cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, ondan Cəlilabad Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(073)-1221/2021 saylı icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X1 verilməsi və Cəlilabad Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 3(073)-635/2022 saylı qərarəna əsasən isə 2100 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Hazırda həmin borcundan ödəniş etməyə imkanı yoxdur. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə icra məmurunun, inzibati xəta törətmiş şəxsin, və tələbkarın izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərə tutulan inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta törətmiş şəxs Şəxs məhkəmə qətnaməsi üzrə borcun ödənilməsi tələb olunsa da, borclu Şəxs borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, Şəxs şəxsiyyətini, hazırki vaxtadək borcunu ödəməkdən qərəzli şəkildə qəsdən yayınmasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respulikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsetmənin əvvəli 10 iyun 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-489/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-489/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver