Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-489/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, Barəsində çıxarılmış inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxs X4, Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X3 iştirakı ilə, X4 barəsində Cəlilabad Rayonu Polis Şöbəsinin DYPB-nin 01 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Cəlilabad Rayonu Polis Şöbəsinin DYPB-nin 01 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icrataa xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 verdiyi izahatında bildirdi ki, 01 may 2025-ci il tarixdə saat 11:30-də idarə etdiyi “X9 Yük” markalı ** FP *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Cəlilabad RPŞ-nin DYPB bölməsinin Yol Patrul xidməti inspektoru tərəfindən saxlanılmış, sənədləri yoxlanıldıqdan sonra, bütün sənədlərinin qaydasında olduğu müəyyən olunmuşdur. Bundan sonra, ondan spirtli içki qəbul edibetmədiyini soruşmuşlar. O, ümumiyyətlə spirtli içkilər qəbul etmədiyini bildirmişdir. Buna baxmayaraq, alkotesterlə onun sərxoşluğu yoxlanılan zaman, ona sərxoş olduğunu bildirmişlər. Etiraz etdikdə isə, ona həkimdən tibbi müayinədən keçə biləcəyini bildirmişlər. O sərxoşluq vəziyyətinin müayinə edilməsi üçün X2 müraciət etmiş və həmin gün saat 14:15-də müayinə edilərək “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” 000473 nömrəli 01 may 2025-ci il tarixli akt tərtib olunmuşdur. Həmin aktda onun sərxoş olmadığı açıqaydın görünür. O, həmin aktı gətirib Cəlilabad RPŞ-nin DYPB bölməsinə təqdim etmişdir. Lakin ona artıq barəsində protokol tərtib edildiyi və TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla 400 (dörd yüz) manat cərimə olunduğu, qərardan narazı olduğu halda məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişlər. Qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan 01 may 2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icrataa xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cəlilabad rayonu Yol patrul xidməti inspektoru polis baş serjantı X6 verdiyi izahatında bildirdi ki, X7 01 may 2025-ci il tarixdə saat 11:30-da idarə etdiyi X10 yük markalı, 99FP242 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman saxlanılmış, sərxoşluğun müəyyən edilməsi üçün alkotester müayinəsindən keçirilən zaman sərxoş vəziyyətdə olduğu məlum olmuşdur. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən şikayətin təmin edilməməsini və “İnzibati tənbeh vermə haqqında qərarın” dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, eləcə də işdə olan sənədlərə obyektiv qiymət verərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X7 01 may 2025-ci il tarixdə saat 11:30-da Cəlilabad rayon Maşlıq kəndində idarə etdiyi X10 yük markalı, 99FP242 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan alkotester qəbzindən görünür ki, X1 vəziyətinin yoxlanılması zamanı sərxoşluq göstəricisi 0.944 promil olmuşdur. İş materiallarında olan Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş 01 may 2025-ci il tarixli, 000473 nömrəli “Sərxoşluq vəziyətinin tibbi müayinəsi” haqqında aktdan görünür ki, X7 ayıq vəziyyətdə olmuş və onda alkoqol sərxoşluğu müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. - 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 oğlu 01 may 2025-ci il tarixdə saat 11:30-da idarə etdiyi X10 yük markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman saxlanılmış, sərxoş olub-olmaması yoxlanılarkən onda 0,944% miqdarında alkoqol əlamətlərinin olması müəyyən edilmişdir. Lakin o, tərtib edilmiş protokolla razılaşmayaraq içkili olmadığını bildirmiş barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra özü könüllü olaraq həkimə müraciət etmiş və həkim rəyinə əsasən onun sərxoş olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 2.4-cü bəndinə görə xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin qaydaların 3.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Qanunvericiliyin tələbinə əsasən X4 əməlində yalnız o halda inzibati məsuliyyət yaranır ki, nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş olsun. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, bundan başqa alkotesterlə həkim rəyi arasında əhəmiyyətli dərəcədə ziddiyyət yaranmış olduğundan X4 01 may 2025-ci il tarixdə avtomobili sərxoş vəziyyətdə idarə etməsini şübhə altına salır. Məhkəmə bu hallara münasibətdə hesab edir ki, X4 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi sübut edilmədiyindən barəsində olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Cəlilabad Rayonu Polis Şöbəsinin DYPB-nin 01 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, X4 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-489/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-489/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver