Məhkəmə qərarları › İş №3(073)-490/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-490/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-490/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndələri - X6 və X7 iştirakları ilə, Azərbaycan Respublikasının Qida X4-X15 tərəfindən vəzifəli şəxs X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida X4-X15 tərəfindən X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə vəzifəli şəxs X14 özünə məxsus olan ət satış dükanında plandan kənar yoxlamanın keçirilməsi üçün inzibati orqanın əməkdaşlarına şərait yaratmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndəsi X12 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikasının Qida X1-X11 əməkdaşları tərəfindən 30 aprel 2025-ci il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospekti 32 ünvanında X9 məxsus ət dükanında plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlama ilə bağlı sahibkara məxsus Cəlilabad şəhəri, Qurtuluş prospekti 32 ünvanında yerləşən ət dükanına gedilmiş, lakin sahibkar yoxlama yerində olmadığı üçün yoxlama həyata keçirilməmişdir. X14 ilə telefon vasitəsilə əlaqə saxlanılmış, lakin Vüqar Hüseynov hüzür məclisində olduğunu, gələ bilmədiyini bildirərək, günün ikinci yarısında yoxlama yerinə gələcəyini söyləmişdir. Daha sonra Vüqar Hüseynov ət dükanına gəlmiş, əməkdaşlara yoxlama keçirməsinə mane olmuş və sənədlərə imza etməkdən imtina etmişdir. Daha sonra polis əməkdaşları gəlmiş və Vüqar Hüseynovu şöbəyə aparmışlar. Odur ki, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına görə X8 barəsində İXM-nin 544.1-ci maddəsi ilə vəzifəli şəxs qismində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq X8 barəsində qanunauyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 nümayəndəsi X13 digər nümayəndəsinin izahatına uyğun izahat vermişdir. İşdə olan Azərbaycan Respublikasının Qida X4-X15 tərəfindən tərtib edilmiş 30 aprel 2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X2 şəhəri, Qurtuluş prospekti 32 ünvanda ona məxsus ət satışı dükanında yoxlamanın aparılmasına dükan fəaliyyət göstərsə də şərait yaratmadığı üçün Azərbaycan Respublikası İXM-nin 544.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan 29 aprel 2025-ci il tarixli “Yoxlamanın aparılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikasının Qida X4-X15 tərəfindən Cəlilabad şəhəri, Qurtuluş prospekti 32 ünvanında X9 məxsus ət dükanında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarışdan görünür ki, inzibati orqanın müvafiq yoxlama aparılması haqqında qərarı müvafiq reyestrdə qeydiyyata alınmışdır. İşdə olan 30 aprel 2025-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Qurtuluş prospekti 32 ünvanda X9 məxsus ət dükanına plandankənar yoxlamanın keçirilməsi nəzərdə tutulsa da, sahibkar yoxlamanın həyata keçirilməsinə şərait yaratmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 2 ədəd DVD diskdəki görüntülərlə müəyyən edilmişdir ki, inzibati orqanın nümayəndələri vəzifəli şəxsə məxsus ət satışı dükanına yaxınlaşır, vəzifəli şəxslə telefon vasitəsilə əlaqə saxlayırlar, müəyyən müddət keçdikdən sonar vəzifəli şəxs dükana yaxınlaşır, inzibati orqanın əməkdaşları nə üçün gəldiklərini vəzifəli şəxsə bildirir, o isə müvafiq sənədləri imzalamaqdan imtina edir, yoxlama aparılması üçün şərait yaratmır, hətta əsəbiləşərək özünə məxsus ət dükanının şüşəsini əli ilə zərbə vuraraq sındırır. Hadisə yerində polis sahə rəisi olsa da və sahə rəisi tərəfindən ona yoxlamaya şərait yaratmağa borclu olması bildirilsə də, həmçinin vəzifəli şəxs nizam-intizaman dəvət edilsə də o, tabesizlik göstərməkdə davam edir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, X14 vergi ödəyəcisidir (VÖEN: **********). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, X14 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları və video görüntülər ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vəzifəli şəxslər hesab edilirlər. X8 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə X8 törətdiyi inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri aşağı həddə tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114,116, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, surəti rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar