Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-496/2024 11.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 18 may 2024-cü il tarixdə Cəlilabad rayon Üçtəpə kəndində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə mərhum nənəsinə məxsus evə getmiş və həmin vaxt bacısı X1 da həmin ünvana qonaq gəlmişdir. O, təxminən 1 həftə əvvəl həmin fərdi evdə yaşayan qardaşı X3 ilə keçmiş gəlini Zərərçəkmiş şəxs arasında mübahisə baş verdiyi və həmin mübahisə Cəlilabad RPŞ-də araşdırıldığı üçün, göstərilən tarixdə qardaşı Orxanla olan mübahisədən sonra həbsdə olan qardaşı Əliqismət ona zəng edərək telefonda bildirmişdir ki, keçmiş arvadı Dəstəgülü evdən çıxararaq, ona məxsus cehizləri onun götürməsi üçün küçəyə daşıyaq. Onlar da qardaşı Əliqismətin sözünü əməl edərək həmin evdə yaşayan Dəstəgülün əşyalarını bacısı Zinyət Nağıyeva ilə birlikdə daşımağa başlamışlar. Sonra isə sonuncu ilə aralarında mübahisə baş vermiş, keçmiş gəlini Dəstəgül onların ünvanına söydüyü üçün bacısı Zinyət onun üstünə getmiş, lakin o, bacısı Zinyəti geriyə itələyəndə Dəstəgül dırnaqları ilə onun üzünə əl atmış və sifətinə xəsarət yetirmiş, onu yerə yıxmış və saçını yolmuşdur. Qeyd edilənlərin nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu göstərmiş və barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmiş ekspert rəyinə əsasən, müayinə zamanı Zərərçəkmiş şəxs sağ gözaltı və hər iki baldır nahiyyəsində qançır, sağ yanaq nahiyyəsində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nə müraciət etmiş və onun Dəstəgül tərəfindən döyüldüyünü bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyməsi və hansısa bir şəkildə ona fiziki ağrı yetirməsi müəyyən edilməmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 397 saylı rəyə əsasən Zərərçəkmiş şəxs müəyyən olunan xəsarətin məhz Şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-496/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-496/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver