Məhkəmə qərarları › İş №3(073)-497/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-497/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-497/2024 11.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Üçtəpə kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 12 may 2024-cü il tarixdə Cəlilabad rayon Üçtəpə kəndində Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə kartof əkilən sahədə işlədikdən sonra evə qayıdarkən həyat yoldaşı Kəmalə ilə qardaşının arvadı Dəstəgülün sözlü mübahisə etdiklərini görmüşdür. Bu zaman o, hər iki şəxsi tutub aralamış, baş verə biləcək əlbəyaxa mübahisənin qarşısını almışdır, eləcə də mübahisəyə görə əsəbiləşmişdir, hər ikisinə öz iradlarını bildirmişdir, eləcə də Dəstəgül ilə sözlü mübahisə etmişdir. Bundan sonra isə yenidən evi tərk etmişdir. Həmin vaxt Dəstəgülü döymədiyini və ona hər hansı xəsarət yetirmədiyini göstərmiş, əksinə, Dəstəgülün onların üzərinə hücum çəkdiyini bildirmiş və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu göstərmiş və barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda qeyd edilmiş ekspert rəyinə əsasən, müayinə zamanı Zərərçəkmiş şəxs başın təpə nahiyyəsində və sol bazu nahiyyəsində qançır, boyunun sol yan səthində sıyrıq müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Cəlilabad RPŞ-in İTB-yə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Şəxs arvadı X2 da xx.xx.2024-cü il tarixdə polisə müraciət etmiş və onun Dəstəgül tərəfindən döyüldüyünü, xx.xx.2024-cü il tarixdə günorta saat 16 radələrində qaynının həyat yoldaşı Dəstəgül yaşadıqları otağın qapısını örtmək istəyən zaman onunla mübahisə etməyə başladığını, əvvəlcə onun sözlərinə əhəmiyyət verməyərək mətbəxə getdiyini, orada olan zaman Dəstəgülün ona qarşı nalayiq ifadələr işlətməyə başladığını, sonra həmin evə qonşuluqda yaşayan Həyat adlı qadının da onlara gəldiyini, bundan sonra Dəstəgüldən “sənin mənimlə problemin nədir” dyə soruşduğunu, Dəstəgül ona “səninlə nə problemim olacaq ki” deyərək onu təhqir etdiyini, sonra eyvana daxil olaraq stolun üstündə olan əşyaları yerə tökdüyünü, Dəstəgülün bundan sonra onun üzərinə hücum çəkərək sağ qolundan tutub sifət nahiyəsinə sillə ilə vurduğunu və onu kənara itələdiyini, orada olan şəxslərin köməyi ilə onun əlindən çıxdığını, bundan sonra evdən çıxaraq küçədə həyat yoldaşı Orxana zəng etdiyini və evə yenidən daxil olduğunu, Dəstəgülün isə yenidən onunla mübahisə edərək onun barəsində şər və böhtan xarakterli sözlər dediyini, təxminən 10 dəqiqə sonra Orxanın gəldiyini, bundan sonra Dəstəgülün Orxanı və onun bacılarını da təhqir etməyə başladığını, Orxanın da əsəbiləşərək onun üstünə hücum çəkdiyini, onların arasında sözlə mübahisə olduğunu və Orxanın qapını çırparaq getdiyini, Orxanın Dəstəgülü döymədiyini, əksinə Dəstəgülün Orxanı döydüyünü bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs döyməsi və hansısa bir şəkildə ona fiziki ağrı yetirməsi müəyyən edilməmişdir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 378 saylı rəyə əsasən Zərərçəkmiş şəxs müəyyən olunan xəsarətin məhz Şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 85, 114 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar