Məhkəmə qərarları › İş №3(073)-498/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-498/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-498/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından 28 aprel 2025-ci il tarixli, EP ******* saylı protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi işdə olan protokol və digər sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan 28 aprel 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs tərəfindən ******* Rusiya rublu məbləğində vəsait bank vasitəsi ilə 15 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 16 mart 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İşdə olan Şəxs MMC ilə Rusiya Federasiyasında qeydiyyatdan keçmiş "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən və müqaviləyə edilmiş əlavə razılaşmalardan görünür ki, alıcı Şəxs MMC satıcı "xxxx" MMC-dən müxtəlif malları dəyərini əvvəlcədən ödəməklə almağı, satıcı isə malları müqavilə ilə müəyyənləşdirilmiş müddətdə çatdırmağı öhdələrinə götürmüşlər. İşdə olan və "xxxx" ASC tərəfindən icra edilmiş ödəniş tapşırığından görünür ki, Şəxs MMC ******* (dörd milyon doxsan min) rus rublu vəsaiti "xxxx" MMC-nin hesabına köçürmüşdür. İşdə olan "xxxx" ASC tərəfindən inzibati protokolu tərtib etmiş orqana göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bank qabaqcadan aparılmış ödəniş müqabilində malların idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adlarını və köçürməyə aid bütün sənədləri inzibati orqana təqdim etmişdir və həmin müştərilərin sırasında Şəxs MMC də mövcuddur, vəsaitin məbləği isə ******* rubl təşkil edir. İşdə olan İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Şəxs MMC passiv, yəni fəaliyyətini dayandırmış vergi ödəyicisidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs ******* Rusiya rublu məbləğində vəsaiti bank vasitəsi ilə 15 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində ******* Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamış və buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən 28 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC fəaliyyətini dayandırmış vergi ödəyicisidir. Avans yolu ilə xarici ölkələrə ödənişlər edilməsi əməliyyatına xüsusi nəzarət rejiminin mövcudluğunu nəzərə alaraq İXM-nin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınmasına xidmət edən 430.4-cü maddəsi ilə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən müvafiq sənədlər (idxal sənədləri) ödənişin aparıldığı gündən ən geci iki il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri on min ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatında dair bütün sənədlər 5 iş günü ərzində AR Mərkəzi Bankına təqdim edilir. Məhkəmə, hüquqi şəxsin öz fəaliyyətini dayandırdığını, ödənilmiş avans məbləğinin müəyyən hissəsinin qarşılığında malların idxal edildiyini, həmçinin iş üzrə ağırlaşdırıcı halların olmadığını da nəzərə alaraq hesab edir ki, hüquqi şəxsin təqsirsizliyini müəyyən edəcək hal yoxdur və buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə aşağı həddə, yəni inzibati xətanın obyekti olmuş ******* Rusiya rublu məbləğininin iyirmi faizi məbləğində cərimə edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş ******* Rusiya rublu məbləğinin iyirmi faizi məbləğində, yəni 532022 (beş yüz otuz iki min iyirmi iki) Rusiya rublu məbləğində cərimə edilsin. Qərar icra edildiyi (və ya ödəniş edildiyi) gün Rusiya rublunun Azərbaycan manatına olan məzənnəsi rəhbər tutulmaqla cərimə Azərbaycan manatı ilə ödənilsin. Qərarın icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar