Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-499/2025 07.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Cəlilabad rayonunun Novoqolovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Rəhimov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1371/2019 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(073)-1371/2019 saylı icra vərəqəsinə əsasən 21 iyun 2019-cu ildən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borcludan icra vərəqəsində göstərilən tələbi icra etməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını bildirərək, icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Hazırda icra sənədi üzrə borclunun tələbkara 8000 manat ödənilməmiş aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Əvvəllər də eyni icra sənədinə münasibətdə inzibati qaydada həbs edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, Cəlilabad rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 21 iyun 2019-cu ildən başlayaraq xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2004-cü il təvəllüdlü X1 və xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan hər ay hər uşaq üçün 100 (bir yüz) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməlidir. Maddi imkanı olmadığından və səhətində olan problemlərə görə icra sənədini tam icra etməsi mümkün olmamışdır. Topuq sümüyündə sınıq var, buna görə də işləyə bilmir. Özü ikinci dəfə ailə qurub və həmin nikahdan bir övladı da var. Hazırda da yaranmış borcunu ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün, icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını, səhhətindəki problemləri nəzərə alır və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin nisbətən aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, o, həmçinin valdeynlik vəzifələrini kobud surətdə pozmuşdur, uşaqlarının mənafeyi və onların saxlanma xərclərinin qarşılanması üçün hərəkətsizlik etmişdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbsdə saxlama müddətinin əvvəli 07 may 2025-ci il tarixdən, saat 16:00-dan hesablansın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-499/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-499/2025
07.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver