Məhkəmə qərarları › İş №3(073)-50/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-50/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-50/2023 31.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun rəhbəri X1 barəsində Azərbaycan Respublikasının Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: 15 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlaması aşkar olunmuşdur. Bununla da Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun rəhbəri X4 Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. “Maqura” gözəllik salonunun rəhbəri X4 məhkəməyə ərizə göndərərək, barəsində tərtib edilmiş protokolun əsassız olduğu üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə “Maqura” gözəllik salonunun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun rəhbəri X1 bu əməli inzibati xəta haqqında protokolla və eləcə də, işin digər materialları ilə tam təsdiq edilmişdir. Belə ki, işə əlavə edilmiş 30 noyabr 2022-ci il tarixli, 000764 saylı aktın surətindən görünür ki, Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yayımlaması aşkar olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun rəhbəri X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli göstərişin surətindən görünür ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017ci il tarixli, 1743 nömrəli fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın (bundan sonra-qayda) 2.9-cu bəndini rəhbər tutaraq qeyd olunan qanun pozuntularını 5 gün ərzində aradan qaldırılması tələb olunmuş, əks təqdirdə, açıq məkanda reklam haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllləsinin 428.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin tətbiq olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun rəhbəri X1 barəsində inzibati tənbeh tədbiri görərkən vəzifəli şəxs olmasını və xəbərdarlıq edilməsinə baxmayaraq müvafiq icazə sənədinin alınmamasını nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114- 117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş şəxs Cəlilabad rayonu Göytəpə şəhəri F.Bayramov küçəsində fəaliyyət göstərən “Maqura” gözəllik salonunun rəhbəri X4 Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar