Məhkəmə qərarları › İş №3(073)-503/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-503/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-503/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakimi Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, onun müdafiəçisi X1 iştirakı ilə, Şəxs – xx.xx.1989-cu il tarixdə Cəlilabad rayonu, Gülməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Azərpoçt ASC-nin Cəlilabad Regional şöbəsində poçtalyon vəzifəsində işləyən, Cəlilabad rayonu, Gülməmmədli kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 12 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 12 iyun 2024-cü il tarixdə Cəlilabad şəhəri X5 ictimai qaydanı pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərdi ki, onun 12 iyun 2024-cü il tarixdə Əhalinin Sosial Müdafiə Nazir müavininin Cəlilabad şəhərində yerləşən X5 vətəndaşlarla görüşü keçirilən zaman nazir müavini ilə arasında işdən çıxarılmasına görə mübahisə yaranmış, onu işdən çıxarmasının səbəbini soruşmuş, lakin cavab onu qane etmədiyindən narazılıq yaranmışdır, lakin o, nazir müavinini söyməmişdir. O, ictimai qaydanı pozduğunu, ucadan danışmasını etiraf edərək, əməlindən peşman olduğunu, xərçəng xəstəsi olduğunu, yoldaşının xəstə olmasını və birdə belə hallara yol verməyəcəyini bildirərək barəsində cərimə cəzası kəsilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 verdiyi izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Əhalinin Sosial Müdafiə Nazir müavinin Cəlilabad şəhərində yerləşən X5 vətəndaşlarla görüşü keçirilirdi. Buna görə o, İTB-nin polis nəfəri, polis serjantı Elməddin Qürbətov, PPXB-nin polis nəfəri, polis serjantı Gündüz Zeynalov, polis nəfəri, polis serjantı Tural Mirzəyev və polis nəfəri, polis serjantı Asif Nəzərov ictimai qaydanın qorunması üçün xidmətə cəlb olunmuşdurlar. Saat təxminən 13:35 radələrində qəbulu həyata keçirən şəxslərdən biri onu nazir müavinin olan otağa dəvət etmişlər, o həmin otağa daxil olan zaman nazir müavinin bir nəfər vətəndaşa hüquqi izah verildiyini, lakin həmin şəxsin ona ədəbsiz kobud ifadələr işlədərək təhqir etdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona sakit olmasını bildirmişdir. Lakin həmin şəxs onun sözlərinə məhəl qoymayıb daha da ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. O həmin şəxsi nizam-intizama dəvət edərək otaqdan çıxarmaq istəyən zaman həmin şəxs polisin və polisin rəhbər vəzifəli şəxslərinin ünvanına nalayiq ifadələr işlətməyə başladı. Buna görə də həmin şəxs PPXB-nin əməkdaşları tərəfindən RPŞ-nə aparılmışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin şəxs Cəlilabad rayon, Gülməmmədli kənd sakini Şəxsdur. Məhkəmə iclasında şahid X3 verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayon PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Cəlilabad şəhəri X5 Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarının vətəndaşlar ilə görüşü keçirilmişdir. O, polis nəfəri, Tural Mirzəyev və polis nəfəri, Asif Nəzərov həmin əraziyə ictimai asayişin qorunması üçün xidmətə cəlb edilmişdirlər. Vətəndaş qəbuluna gəlmiş Şəxs əvvəl zalda sonra isə dəhlizdə ucadan nalayiq söyüşlər söyərək səs-küy salmağa başlamışdır. Onlar Şəxs yaxınlaşaraq ictimai asaişi pozmamasını və binanı tərk etməsini bildirmişdirlər. Şəxs bu zaman polisin və polis rəhbərliyinin ünvanına da nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də onu Cəlilabad RPŞ-nin inzibati binasına gətirmişdirlər. Məhkəmə iclasında şahid X6 verdiyi izahatında göstərdi ki, o, Cəlilabad rayon PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2024-cü ilt arixdə 1 nömrəli psotda xidmətdə olarkən PPXB-nin polis nəfəri, polis serjantı Gündüz Zeynalov, polis nəfəri, polis serjantı Tural Mirzəyev və sahə polis nəfəri, polis serjantı Elməddin Qürbətov 1 nəfər şəxsi ictimai qaydanı pozduğu üçün RPŞ-nə gətirmişdirlər. Həmin şəxs RPŞ-nin inzibati binasının qarşısında olan zaman səs-küy salaraq ictimai qaydanı pozmuşdur. Buna görədə onlar həmin şəxsə nalayiq idalər işlətməməsini bildirərək, nizam-intizama dəvət etmişdirlər. Həmin şəxs bu zaman polisin və polis rəhbərliyinin ünvanına da nalayiq ifadələr işlətmişdir. Bu səbəbdəndə həmin şəxsi Cəlilabad RPŞ-nin inzibati binasına gətirmişdirlər. Daha sonra məlum oldu ki, həmin şəxs Cəlilabad rayon, Gülməmmədli kənd sakini Şəxsdur. Məhkəmə iclasında şahid X4 verdiyi izahatında göstərdi ki, o, Cəlilabad RPŞ-nin PPXB-nin polis baş serjantı, manqa komandiri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə 12 nömrəli avtopatrulda polis baş serjantı Bəyaz Əliyevlə xidmətdə idi. Saat təxminən 13:50 radələrində nahar fasiləsi üçün RPŞ-ə yaxınlaşan zaman 1 nömrəli postda 1 nəfər vətəndaşın ucadan səs-küylə polis əməkdaşlarının şöbə rəhbərliyinin və 1 nömrəli postda xidmətdə olan polis nəfərləri Samir Alışov, Əli Kərimovun ünvanına nalayiq ifadələr işlətdiyini və onlara “əl-qol” atdığını görmüşdür. Dərhal vətəndaşa yaxınlaşaraq, onu nizam-intizama dəvət etmişdir. Həmin şəxs isə onun qanuni tələblərinə məhəl qoymayaraq öz kobud hərəkətlərini davam etdirdi. Onlar həmin şəxsi RPŞ-yə gətirmişlər. Cəlilabad Rayon Polis Şöbəsində məlum oldu ki, həmin şəxs Şəxsdur. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xəta törətdiyindən, o daha ciddi xəta olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməlidir. Məhkəmə inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar