Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-504/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, İcra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasının Alapaevsk rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Privolnoye kəndində qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-807/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq 20 sentyabr 2013-cü ildə doğulmuş X3 və 20 fevral 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Mansurov Elvinin inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərmişdir ki, Cəlilabad Rayon 28 iyul 2023-cü il tarixli, 2(073)-807/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq 20 sentyabr 2013-cü ildə doğulmuş X3 və 20 fevral 2016-cı ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Lakin borclu Şəxs icra vərəqəsinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borclunun tələbkara 3900 manat məbləğində aliment borcu yaranmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, onun Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-807/2023 saylı icra vərəqəsi üzrə X4 3900 manat aliment borcu vardır. Maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Əməlindən peşmandır, səhvini başa düşür, gələcəkdə bir daha belə səhvlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona köməklik edilməsini xahiş edir. İş materiallarında olan Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin 26 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-807/2023 saylı icra vərəqəsi üzrə borclu Şəxs barəsində Azərbaycan Respublikası daxilində axtarış elan edilmişdir. Şəxs törətmiş olduğu inzibati xəta onun özünün etirafı, Cəlilabad rayon məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-807/2023 saylı icra vərəqəsi, icra məmuru Mansurov Elvinin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 12 iyun 2024-cü il tarixdən, saat 17:30-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-504/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-504/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver