Məhkəmə qərarları › İş №3(073)-505/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-505/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-505/2024 12.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Cəlilabad rayonunun Allar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Alar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-1364/2021 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-212/2022 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)- 1749/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(073)-259/2024 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1880/2023 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1342/2022 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-453/2022 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-372/2022 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2661/2021 saylı, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2369/2021 saylı icra sənədlərindəki, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qeydindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində cərimə edilmişdirş. Bundan başqa Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)- 1364/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 665.28 manat pul və 30.40 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-212/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 2085 manat pul və 44.11 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(073)-1749/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs və X2 müştərək qaydada cəmi 530 ABŞ dolları borc və 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(073)-259/2024 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 720 manat pul və 35 manat dövlət rüsumu alınıb tələbkar X1, Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1880/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 450.70 manat pul və 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1342/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 1280.60 manat pul və 32.81 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-453/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 1111.20 manat pul və 31.11 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-372/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 328.45 manat pul və 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2661/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 890.26 manat pul və 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(073)-2396/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 649.55 manat pul və 30 manat dövlət rüsumu alınıb tələbkar "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 350 manat pul alınıb tələbkar "xxxx" MMC-yə, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 877 manat pul alınıb tələbkar "xxxx" MMC-yə və xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən Şəxs cəmi 97.64 manat pul alınıb tələbkar "xxxx" MMC-yə verilməlidir. İcra vərəqələri Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Borclu icra sənədləri üzrə borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, bildirmişdir ki, işləmədiyi və maddi imkanı olmadığına görə icra sənədləri ilə müəyyən edilmiş borclarını ödəyə bilməmişdir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxslərin (tələbkar) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alır və hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar