Məhkəmə qərarları › İş №3(073)-507/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-507/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-507/2025 08.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx.xx.2005-ci il tarixdə Cəlilabad rayonu, Şötüklü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Şötüklü kəndində qeydiyyatda olan və yaşayan barəsində Cəlilabad rayon X4 Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. 07 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs 07 may 2025-ci il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində ucadan nalayiq ifadələr işlətmiş və polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə qardaşı Məhəmməd Qürbətova məxsus “Mercedez” markalı **-EV- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Cəlilabad şəhəri, Qurtuluş prospektində hərəkətdə olan zaman Cəlilabad RPŞ-nin YPXB-nin əməkdaşları ona saxla işarəsi vermişlər, qardaşı avtomobili yolun kənarına çəkib saxlamışdır. YPXB-nin əməkdaşalrı gələrərk özlərini təqdim etdikdən sonra qardaşına avtomobilinin disk-təkərinin standartlara uyğun olmadığını, ölçülərinin böyük olduğunu bildirmişlər, qardaşı isə onlaraq qanundan disk-təkərə ölçü məhdudiyyətinin olmadığını bildirdikdən sonra aralarında sözlü mübahisə yaranmışdır. YPXB-nin əməkdaşları avtomobilin duracağa yerləşdiriləcəyini bildirdikdən sonra qardaşı onlara etraz etmiş və DİN-nin 102 xidmət mərkəzinə zəng edərəkə məlumat vermişdir. Bundan sonra YPXB-nin əməkdaşları PPXB-nin əməkdaşlarını çağırmışlar. PPXB-nin əməkdaşları gəldikdən sonra onları Cəlilabad RPŞ-nə gətirmişlər. Həmin vaxtı polislərə və digər şəxslərə qarşı hər hansı hörmətsiz hərəkətlər etməmişdir və təhqiramiz ifadələr işlətməmişdir. Qeyd edilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, xx.xx.2025ci il tarixdə YPXB-nin inspektoru polis baş serjantı Bəxtiyar Fərziyevlə birlikdə xidmətdə oluqları zaman təxminən saat 11:20 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində hərəkətdə olan “Mercedez” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin nasaz olduğu üçün tərəflərindən saxla işarəsi verilmiş və sürüçü avtomobili saxladıqdan sonra onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra odan avtomobildə etdiyi hüquqpozmanı izah edib, idarə etdiyi avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin sürücü onlara saxlama səbəbini soruşan zaman avtomobilinin bəzi yerlərində əzik olmasını və hadisə yerindən yayınması barədə ona izah etmişlər. Bundan sonra sürücü onlara məhəl qoymayaraq səs-küy salmağa başlamış onu nizam-intizama dəvət etsələr də sürücü onlara məhəl qoymayıb öz hərkətlərini davam etdirmişdir. Onlar efir vasitəsi ilə PPXB-nin əməkdaşlarını köməyə çağıraq onların Cəlilabad RPŞ-nə gətrilmişdir. Avtomobildə olan digər şəxs isə onlara qarşı hər hansı qanunpozuntusu törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, xx.xx.2025ci il tarixdə YPX-nin inspektoru polis baş serjantı Məhəmmədəli Nəbiyevlə birlikdə xidmətdə oluqları zaman təxminən saat 11:20 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində hərəkətdə olan “Mercedez” markalı **-EV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin nasaz olduğu üçün tərəflərindən saxla işarəsi verilmiş və sürüçü avtomobili saxladıqdan sonra onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra odan avtomobildə etdiyi hüquqpozmanı izah edib, idarə etdiyi avtomobilin sənədlərini və sürücülük vəsiqəsini təqdim etməsini bildirmişlər. Lakin sürücü onlara saxlama səbəbini soruşan zaman avtomobilinin bəzi yerlərində əzik olmasını və hadisə yerindən yayınması barədə ona izah etmişlər. Bundan sonra sürücü onlara məhəl qoymayaraq səs-küy salmağa başlamış onu nizam-intizama dəvət etsələr də sürücü onlara məhəl qoymayıb öz hərkətlərini davam etdirmişdir. Onlar efir vasitəsi ilə PPXB-nin əməkdaşlarını köməyə çağıraq onların Cəlilabad RPŞ-nə gətrilmişdir. Avtomobildə olan digər şəxs isə onlara qarşı hər hansı qanunpozuntusu törətməmişdir. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin olmaması özünün və şahidin izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir və o, inzibati məsuliyyətindən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 53, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmadığından İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar