Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-508/2025 12.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İcra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili X2 iştirakı ilə Şəxs–xx.xx.1974-cü il tarixdə Cəlilabad rayonu Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1387/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü borclu Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Nicat Bəhmənov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)- 1387/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü borclu Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. Lakin borclu Şəxs icra sənədinin icrasını icra müddəti ərzində təmin etməmiş və borcunu ödəməmişdir. Ondan borcun ödənilməsi tələb edildikdə isə müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Hazırda borclunun icra vərəqəsi üzrə tələbkara 5500 manat aliment borcu vardır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1387/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü ondan hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qeyd edilmişdir. O, aliment borcunu 2024-cü ilin sentyabr ayına qədər ödəmişdir. Həmin pulu analarına verməsi üçün uşaqlarına vermişdir. Lakin sentyabr ayından hazırki vaxtadək isə aliment ödəməmişdir. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1387/2023 saylı icra vərəqəsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü borclu Şəxs hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qeyd edilmişdir. Borclu Şəxs izahatında aliment borcunu ona verməsi üçün uşaqlarına verdiyini bildirsə də, lakin o, aliment borcundan heç bir ödəniş etməmiş və onun dedikləri aliment öhdəliyindən yayınmaq məqsədi daşıyır. Qeyd etdiklərinin nəzərə alınaraq borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs törətmiş olduğu xəta icra məmurunun, zərərçəkmiş şəxsin izahatları, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-1387/2023 saylı icra vərəqəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra vərəqəsi üzrə borcundan 2024-cü ilin sentyabr ayınadək ödənişlər etdiyini və həmin pulu tələbkara verməsi üçün uşaqlarına verdiyini bildirsə də, lakin məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngəlləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 12 may 2025-ci il tarixdən, saat 17:20-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-508/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-508/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver