Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-51/2025 03.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs müvafiq cəriməni və dəbbə pulunu ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-in DYP Web Portalından çıxarışından görünür ki, X2 xx.xx.2024-cü il tarixdə İXP ******* saylı protokola əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Şəxs İXP ******* saylı protokola əsasən 100 (bir yüz) manat cəriməni, ona hesablanmış dəbbə pulu kimi 59 (əlli doqquz) manatı, ümumilikdə 160 (bir yüz altımış) manat dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin qeydinin 1-ci bəndində göstərilmişdir ki, bu məcəllənin 529.1 və 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödəməsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətindən azad edilməli və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərarı qəbul edilənədək ödədiyi üçün inzibati məsuliyyətdən azad edilsin və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov İş № 3(073)-1043/2024 Birinci instansiya məhkəməsində məhkəmə baxışı iclasının protokolu Cəlilabad Rayon Məhkəməsi 18 dekabr 2024-cü il Cəlilabad şəhəri X5 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat apırlan şəxs X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:20-də açılır. Sədrlik edən məhkəmə iclasını açaraq hansı işə baxılacağını elan edir. Sədrlik edən iş üzrə kimlərin gəldiyini aydınlaşdırır və məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclasının katibi bildirir ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə yerində qısa müşavirə edərək, qərara alır: İşə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı olmadan baxılması mümkün hesab edilsin və məhkəmə iclası davam etdirilsin. Sədrlik edən iş materiallarını nəzərdən keçirir və inzibati xəta haqqında protokolu oxuyub elan edir. Sədrlik edən müşavirə otağına gedir və qayıdaraq qərarı elan edir. Sədrlik edən qərardan şikayət vermək qaydasını və müddətini izah edir. Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Protokol 18 dekabr 2024-cü il tarixdə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclasının katibi: AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ18600 Telefon: 025-24-5-26-00 Cəlilabad şəhər H.Əliyev prospekti 286 Faks: 025-24-5-34-37 « 17» yanvar 2023-cü il № 3(073)-129/2023 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə Ünvan: Bakı şəhəri Xırdalan-Binəqədi şossesi 4 Surəti: Cəlilabad rayon Polis Şöbəsinə Ünvan: Cəlilabad şəhəri, H.Əliyev prospekti 286 Surəti: X3 Ünvan: Cəlilabad rayonu, Alar kəndi Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-c il tarixli, 3(073)-129/2023 saylı qərarı məlumat üçün sizə göndərilir. Qoşma: Qərarın surəti 02 vərəqədə Hörmətlə, Sədr: Vüsal Cəbrayılov AZƏRBAYCAN RESPUBLİKASİ CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Poçt indeksi AZ18600 Telefon: 025-24-5-26-00 Cəlilabad şəhər H.Əliyev prospekti 286 Faks: 025-24-5-34-37 « 17» yanvar 2023-cü il № 3(073)-129/2023 Cəlilabad rayon prokuroru, ədliyyə müşaviri cənab Vahid Məmmədova Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(073)-129/2023 saylı qərarı məlumat üçün sizə göndərilir. Qoşma: Qərarın surəti 02 vərəqədə Hörmətlə, Sədr: Vüsal Cəbrayılov 3(073)-705/2017 nömrəli inzibati materialda olan sənədlərin MÜNDƏRİCATİ Sıra Sənədin adı Səhifə №-si
1. Cəlilabad rayon polis şöbəsinin məktubu--------------------------------------------- 1
2. İnzibati xəta haqqında protokol--------------------------------------------------------------- 2
3. Məktub, Veb Portalından çıxarışları, xəbərnamənin surəti-------------------------- 3-6 İnzibati işin baxılmağa hazırlanmasına dair qərardad və bildiriş--------------------- 7-8 4. -- Çağırış vərəqəsi----------------------------------------------------------------------------------
5. 9 -- Məhkəmə baxışı iclasının protokolu---------------------------------------------------------
6. 10 - Məhkəmənin inzibati xəta haqqında qərar-------------------------------------------------
7. 11-12 - Qərarın surətinin göndərilməs barədə məktub------------------------------------------- 13- 8. --- 186
Cəmi: 186 (on beş) vərəqədə
Məhkəmə iclas katibi: Ramil Əkbərov
Dəftərxana müdiri: Xalid Abbaszadə