Məhkəmə qərarları › İş №3(073)-512/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-512/2025

23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-512/2025 23.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi ilə, DİN BDYPİ Mərkəzi Məlumat Xidməti rəisi polis polkovnik-leytinantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26736683 nörməli inzibati tənbeh vermə haqqında qərardan X1 tərəfindən verilmiş şikayətə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 DİN BDYPİ Mərkəzi Məlumat Xidməti rəisi polis polkovnik-leytinantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. X1 həmin qərardan şikayət verərək, qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayətçinin barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadə xx.xx.2025-ci il tarixli EQ 26736683 saylı Elektron Qərar tərtib etmişdir. Qərarın “müəyyən edildi” hissəsində göstərilir ki, o, Bakı şəhəri, Neftçilər prospekti, Hökumət evinin yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 18:20-də "Mercedes Benz C200” minik markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulan qanunun tələblərini pozmuş, ona İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində Elektron Qaydada xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edilərək 100 (bir yüz) manat məbləğində cərimə və 2 bal tətbiq edilmişdir. Beləliklə, o, həmin qərarla razı deyil. Qeyd olunan xətanı törətməyi ona məlum deyildir. Həmçinin, işdə olan və ona naməlum olan yerdən çəkilmiş fotoşəkildən görünür ki, həmin vaxt orada hər hansı bir məlumatlandırıcı bir nişan yoxdur. DİN BDYPİ-nin EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında ELEKTRON QƏRARİ qanunsuz və əsassızdır. xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında Qərara diqqət yetirsək görərik ki, inzibati xəta ilə əlaqədar Elektron Qərar tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələbinə görə elektron qərarlar yalnız inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə REAL VAXT REJİMİNDƏ tərtib edilir. Əgər onun inzibati xətanı törətməyi foto və ya video-qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə və barəsində ELEKTRON QAYDADA QƏRAR çıxarılmışdırsa, onda nə üçün inzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində nəzərdə tutulmuş REAL VAXT REJİMİNƏ əməl edilməmişdir? Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ödənilməlidir. Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Əgər inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə, saat 18:20-də baş vermişdirsə, onda nə üçün EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında ELEKTRON Qərar bir gün sonra yəni real vaxt reiiminə əməl olunmadan xx.xx.2025-cİ il tarixdə çıxarılmışdır? İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinin tələbinə görə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada real vaxt rejimində elektron qərar çıxarılır. Beləliklə, Qanun deyir ki, 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə, proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Lakin xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında Qərar real vaxt rejiminə əməl olunmadan çıxarıldığı üçün inzibati xəta hadisəsinin aşkar edilməsi proqram təminatı əsasında xüsusi texniki vasitələrin köməyilə deyil, insan amilinin müdaxiləsinə məruz qalaraq tərtib edilmişdir. Elektron Qərar o zaman çıxarılır ki, həmin qərar məhz proqram təminatı əsasında birbaşa informasiya sisteminə ötürülməsi nəticəsində real vaxt rejimində tərtib olunsun. Belə ki aşkar şəkildə görünür ki, elektron qərarın tərtib edilməsi qaydaları və İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlara əsasən açıq-aşkar şəkildə görünür ki, barəmdə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında X3 Xətalar Məcəlləsinin 122-ci və 53-cü maddələrinin tələbləri pozulmaqla, çıxarılmışdır. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Kollegiyasının 12 may 2017-ci ıi tarixli Q25-001-17 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol-patrul xidməti haqqında" Təlimatında göstərilir ki. Dövlət yol polisinin yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən nəqliyyat vasitəsinin qayda pozuntusunu əks etdirən iki fərqli və dövlət qeydiyyat nişanını əks etdirən bir fotoşəkil və video materiallar) real vaxt rejimində elektron formada birbaşa BDYPl-nin mərkəzi informasiya sisteminə ötürülür. İnzibati xəta hadisəsi DYP-nin səlahiyyətli əməkdaşı tərəfindən bilavasitə, o cümlədən xüsusi texniki vasitələrin (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla) köməyi ilə aşkar edildikdə onun törədilməsində təqsirli hesab edilən şəxs barədə protokol və ya qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 201 &- cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş əlavələrə uyğun olaraq sürücülük vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən sənəd əsasında tərtib edilir. 8.7. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs protokolla razılaşmayaraq onu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmaqla xidmətin sonunda inzibati təcrübə üzrə baş inspektora (inspektora), yaxud bu vəzifə funksional olaraq həvalə edilmiş vəzifəli şəxsə təhvil verilir. Həmin işə xətanın törədildiyi yerdə patrul avtomobilində quraşdırılmış videokameranın görüntüləri əsasında yuxarı vəzifəli şəxs tərəfindən baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə DYP orqanına baxılması üçün göndərildikdə xəta törədilməsini sübut edən müvafiq görüntülərə dair çəkiliş protokola əlavə edilməlidir. Qanunda nəzərdə tutulmayan qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə o məsuliyyətə də cəlb olunmalı deyil. Barəsində tərtib edilmiş qanunsuzdur. Qanunvericiliyin tələblərini pozmaqla qəbul olunmuşdur. Bu səbəbdən də barəsində olan inzibati qərar ləğv olunmalı və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Ona görə də hazırkı qərardan şikayət vermək qərarına gəlmiş və qeyd olunanların nəzərə alınaraq DİN Baş Dövlət Yol Polisi idarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh tətbiq etmə barədə xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli qərarın ləğv edilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində şikayət vermiş şəxs və qərarı qəbul etmiş inzibati orqan lazımi qaydada məlumatlandırılsalar da, məhkəmədə iştirak etməmişlər və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İşdə olan DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elvin Abdullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26736683 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İşdə olan, inzibati xəta hadisəsinin görüntüsünü müəyyən edən və xüsusi texniki vasitə tərəfindən çəkilmiş fotolardan görünür ki, şikayətçinin avtomobili ictimai nəqliyyat vasitələri üçün müəyyən edilmiş zolaqda hərəkətdədir, digər bütün avtomobillər tıxacda dayanmış vəziyyətdir. Xəta xx.xx.2025-ci il tarixdə, saat 18:20:27-də törədilmişdir, tənbeh vermə haqqında qərar isə xx.xx.2025-ci il tarixdə tərtib edilərək şəxsin elektron kabinetində yerləşdirilmişdir. Şikayətçinin həmin zolaqda hərəkətin qadağan edilməsindən məlumatsız olması ilə bağlı gətirdiyi dəlilləri isə məhkəmə əsassız hesab edir. Belə ki, Bakı şəhərinin mərkəzi küçələrinin birində, habelə digər bütün nəqliyyat vasitələrinin qanunla icazə verilmiş zolaqlarda hərəkətdə olduğu zaman şikayətçinin qadağan edilmiş zolaqda hərəkət etməli olmamasını bilməsi və ya bilməli olması mübahisəzi haldır. İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə görə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 2.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, şikayətin hər hansı əsası yoxdur, şikayətçi ümumi istifadədə olan hərəkət zolağı, yəni qadağan edilmiş zolaq ilə hərəkət etmiş, buna görə də inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir, qərarın qəbulu zamanı isə inzibati orqan tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 57, 75, 110-115, 128 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Cəlilibad Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar