Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-514/2025 23.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Kəmalə Mehman qızının katibliyi, X1 iştirakı ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. X6 şikayət verərək, Azərbaycan Respublikası İXM-nın 272.1-ci maddəsi ilə təqsirli bilib 1000 (bir min) manat cərimə edilməyi barədə olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvədər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət ərizəsinə əsasən şikayətçi Cəlilabad rayonunun Günəşli kəndində yaşayır və şəxsi təsərrüfatında mal-heyvan saxlamaqla dolanışığını təmin edir. Heyvanları bəzən “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində otlayır. Onun istifadəsində M-174/24 nömrəli şəhadətnamə əsasında “MR-27” markalı qoşa lüləli 12 çaplı ********* nömrəli ov tüfəngi vardır. Mal-qaranı otlaq sahəsinə aparan zaman heyvanları yırtıcı heyvanlardan qorumaq üçün tüfəng həmişə çiynində asılı vəziyyətdə olur. 17 yanvar 2025-ci il tarixdə də heyvanları “Zəvvar” ovçuluq təsərrüfatının ərazisinə keçdiyi üçün o və həmkəndlisi X5 həmişəki kimi istifadəsində olan ov tüfəngini də götürərək heyvanları “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində heyvanlarını axtararkən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ilə rastlaşmışlar. Həmin əməkdaş ondan ov edib-etmədiyini soruşduqda ona ov etmədiklərini, sadəcə heyvanlarınıaxtardığınıbildirmişlər və bu barədə izahat da vermişlər. Sonradan isə poçt vasitəsi ilə ona göndərilmiş qərardan bilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 12 fevral 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nın 272-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə edilmişdir. O bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə etiraz etdikdə ona izah etmişlər ki, qərardan narazıdırsa, məhkəməyə şikayət etsin. Hesab edir ki, həmin qərar əsassızdır, ona görə də ləğv olunmalıdır. Belə ki, o 17 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkı “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində ov etməmiş və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı onu saxlayarkən onda heç bir ov qəniməti olmayıb və tüfəngdən də istifadə etməmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində tərtib edilmiş 12 fevral 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X6 şikayəti müdafiə edərək, verdiyi izahatında göstərmişdir ki, özünün şəxsi təsərrüfatı var, axşam saatlarında heyvanları gətirmək üçün getdikdə özü ilə hər ehtimala qarşı silah da götürür, çünki vəhşi heyvanlar təhlükəsi var. Orqanın əməkdaşları ona yaxınlaşdıqda da eyni izahatı onlara verib, lakin nədənsə onlar hesab ediblər ki, şikayətçi ov edir, lakin heç bir ov qəniməti aşkar etməyiblər. Qərarın ləğv edilməsini xahiş edir, cərimə məbləği onun üçün çox yüksəkdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan -174/24 nömrəli şəhadətnamənin surətindən görünür ki, “MR-27” markalı qoşa lüləli 12 çaplı ********* nömrəli ov tüfəngi saxlanılması və təyinatıüzrə istifadə edilməsi üçün X4 istifadəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, X4 Şirvan Milli Parkı “Zəvvar” ovçuluq təsərrüfatı ərazisində xx.xx.2025-ci il tarixində qanunsuz ov edərkən saxlanılması faktı ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.1-cü maddəsinə uyğun olaraq barənizdə tərtib edilmiş17 yanvar 2025-ci il tarixli 003047 saylı akt, MN № ******* saylı inzibati protokol və toplanmış sənədlər əsasında 12 fevral 2025-ci il tarixdə idarədə MN ******* saylı Qərarı ilə onun barəsində inzibati qaydada fiziki şəxs qismində 1000 (bir min) manat cərimə tətbiq edilmişdir. Cəriməni 30 gündən gec olmayaraq 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödəməsi tələb edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 17 yanvar 2025-ci il tarixdə də heyvanları “Zəvvar” ovçuluq təsərrüfatının ərazisində ov etmə qaydalarını kobud surətdə pozmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə iclasında X4 17 yanvar 2025-ci il tarixdə X11 ərazisində yerləşən “Zəvvar” ovçuluq təsərrüfatında ovçuluq fəaliyyəti ilə məşğul olması öz təsdiqini tapmır. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda X3 17 yanvar 2025-ci il tarixdə X11 ərazisində yerləşən “Zəvvar” OT ərazisində qanunsuz ov etdiyi qeyd olunsa da, həmin halı təsdiq edən sübutlar (fotoşəkillər və ya videogörüntü) məhkəməyə təqdim edilməmişdir. X3 həmin vaxt həmin ərazidə ov silahı ilə olması onun ovçuluq fəaliyyəti ilə məşğul olması kimi qəbul edilə bilməz. Məhkəmə iclasında verdiyi izahatında da X6 həmin vaxt silahdan istifadə etmədiyini bildirmişdir. Həmçinin onun hər hansı ovçuluq cəmiyyətinin üzvü olmadığı da müəyyən edilmişdir. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən ovçuluq quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Göründüyü kimi, ovçuluq, başqa sözlə ov etmək göstərilən hərəkətlərin, yəni heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulmasında ifadə olunan hərəkətlərdir. İnzibati orqan tərəfindən isə şəxsin bu hərəkətlərin hər hansl birini etməsi sübuta yetirilməmişdir. İnzibati orqanın əməkdaşları şəxsin çiynində silah olmasını əsas tutaraq müvafiq protokolu tərtib etmişdir ki, bu hal da şəxsin inzibati xətanı törətməsi ilə bağlı şübhədən başqa bir şey deyildir və bu şübhə digər hər hansı halla aradan qaldırılmadığından şikayət vermiş şəxsin xeyrinə həll edilməlidir. Bu hissədə məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, şəxs öz təqsirsizliyini sübut etmək öhdəliyi daşımır, bu yük tamamilə inzibati orqanın üzərindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iclasında X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdar. Beləliklə, məhkəmə hesab edir ki, X6 həmin vaxt ona istinad olunan inzibati xəta hadisəsini törətmədiyindən onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İXM-nin 272-1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat cərimə olunmasına dair onun barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-514/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-514/2025
23.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver