Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-518/2025 16.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi, İcra məmuru X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1995-ci il tarixdə Cəlilabad rayonu Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-702/2025 saylı icra vərəqəsinə əsasən 25 mart 2016-cı il tarixdə doğulmuş X1 və 28 iyul 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulması qeyd edilmişdir. Borclu Şəxs qeyd olunan icra sənədinin icra müddəti ərzində icrasını təmin etməmiş və borcunu ödəməmişdir. Borcun ödənilməsi tələb edildikdə isə, o imkanının olmadığını bəhanə edərək məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru Bəhruz Bayramov inzibati xəta haqqında protokolu əsaslandıraraq göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)- 702/2025 saylı icra vərəqəsinə əsasən 25 mart 2016-cı il tarixdə doğulmuş X1 və 28 iyul 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulması qeyd edilmişdir. Lakin borclu Şəxs icra sənədinin icrasını icra müddəti ərzində təmin etməmiş və borcunu ödəməmişdir. Ondan borcun ödənilməsi tələb edildikdə isə müxtəlif bəhanələrlə icra sənədinin icrasından yayınmışdır. Hazırda onun tələbkara 1440 manat aliment borcu yaranmışdır. Odur ki, onun Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-702/2025 saylı icra vərəqəsinə əsasən 25 mart 2016-cı il tarixdə doğulmuş X1 və 28 iyul 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan tələbkar Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulması qeyd edilmişdir. O, tələbkara olan aliment borcundan hazırda 150 manat, 10 gün ərzində isə borcunu tamamilə ödəyə bilər. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-702/2025 saylı icra vərəqəsinə əsasən 25 mart 2016-cı il tarixdə doğulmuş X1 və 28 iyul 2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün borclu Şəxs onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulması qeyd edilmişdir. Borclu Şəxs indiyədək aliment borcundan heç bir ödəniş etməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs törətmiş olduğu xəta icra məmuru və zərərçəkmiş şəxsin izahatları, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(073)-702/2025 saylı icra vərəqəsi, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, məsuliyyətini yüngəlləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 may 2025-ci il tarixdən, saat 15:30-dan hesablansın. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-518/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-518/2025
16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver