Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-52/2024 29.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, Şəxs – xx.xx.1992-ci ildə Cəlilabad rayonu, Şiləvəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Cəlilabad rayonu, Şiləvəngə kəndində qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə, Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 18 yanvar 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi «Mercedes» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, İnili kəndindən Şiləvəngə kəndi istiqamətinə hərəkətdə olan zaman idarəetməni itirərək yolun sol hissəsinə tərəf qarşıdan gələn zolağa keçərək qarşıdan gələn “VAZ 2107” markalı **-BP- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşma baş vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək bildirdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində etibarnamə ilə ona məxsus olan metallik rəngli «Mercedes» markalı, **-GJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu, İnili kəndindən Şiləvəngə kəndi istiqamətinə gedən zaman Cəlilabad rayonu, Abşabad kəndi ərzaisində qarşıdan gələn avtomobili görüb yolun sağ hissəsi ilə avtomobilini idarə etmək istəmiş, həmin vaxt idarə etdiyi avtomobilin sağ təkəri torpaq yola çıxdığı üçün idarə etməni itirmiş, əyləci basmağına baxmayaraq idarə etdiyi avtomobil yolun sol hissəsinə tərəf yəni qarşıdan gələn zolağa keçmiş, bu zaman qarşı yolla hərəkətdə olan “VAZ 2107” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüçüsü idarə etdiyi avtomobil ilə onun avtomobilinin sağ tərəfindən vurmuşdur. Onun idarə etdiyi avtomobildə ozundən başqa atası Zərərçəkmiş şəxs5, digər avtomobildə isə sürücüdən başqa biri azyaşlı olmaqla üç nəfər şəxs də olmuşdur. Hadisə zamanı özü xəsarət almamış, lakin digər şəxslərin o, cümlədən atası Zərərçəkmiş şəxs5 da xəsarət almışdırlar. Hadisə onun ehtiyatsızlığı səbəbindən baş vermiş, Əməlindən səmimi peşmandır, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. İşdə olan cinayət təqibi üzrə icraata xitam verilməsi barədə 29 dekabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs oğlunun barəsində toplanmış materiallarda cinayət təqibi üzrə icraata xitam verilmiş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Biləsuvar RPŞ-in X1 Bölməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-52/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-52/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver