Məhkəmə qərarları › İş №3(073)-52/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-52/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-52/2025 30.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Bağırlı X2 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(073)-456/2024 saylı icra vərəqəsinin icrasını həyata keçirən Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun müxtəlif vaxtlarda göndərdiyi bildirişlərə və xəbərdarlıqlara məhəl qoymayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 ərizə ilə məhkəməyə müraciət edərək, inzibati xəta haqqında protokola baxılmasını istəmədiyini bildirmiş və inzibati xəta haqqında protokolun geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 ərizəsini nəzərdən keçirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsi ilə inzibati xəta törtəməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar