Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-525/2025 19.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Qasımov Elvin Yusif oğlunun katibliyi ilə, xx.xx.1977-ci ildə Cəlilabad rayonu Sabirabad kəndində anadan olmuş Cəlilabad rayonu Sabirabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Cəlilabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulan xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdirdir. İnzibati xəta haqqında protokola əsasən, Cəlilabad rayonu Sabirabad kənd sakini Şəxs 11 iyun 2024-cü il tarixdə saat 17 radələrində idarə etdiyi VAZ 2106 minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad rayonu Qarazəncir kəndindən Sabirabad kəndi istiqamətində hərəkətdə olan zaman əks istiqamətlə hərəkət edən həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21074 minik markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuda sol aşağı ətrafın, sol dizin küt travması, Şəxs sağ tərəfli dirsəyin arxa nahiyyəsinin əzilmiş, cırılmış yarası, sağ budun, çanaq oynağının çıxığı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan 02 noyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən Şəxs və Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində Şəxs barəsində məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Həmin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında 19 may 2025-ci il tarixdə İnzibati xəta haqqında protokol tərtib edilmiş və həmin gün məhkəməyə daxil olmuşdur. Beləliklə inzibati icraatın başlanılmasına əsas olan “Cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, lakin hazırda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitmişdir Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci 03 ay keçənədək verilə bilər. Belə olduğu təqdirdə “cinayət işinin başlanılmasının rədd edilməsinə dair” qərarın tarixindən hesablanmaqla artıq hazırkı vaxtda 3 aydan çox müddət keçmişdir. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38- ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-525/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-525/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver