Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-527/2024 28.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X14, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə xx.xx.1985-ci ildə Cəlilabad rayonunun Məşədilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri M.Hadi küçəsi ev 82-də qeydiyyatda olan, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cəlilabad Rayon Məhkəməsinə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə X7 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4061/2022 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(008)-4061/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat məbləğində aliment cavabdeh X2 alınıb iddiaçı X10 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Əvvəllər müntəzəm qaydada ödənişləri etsə də, son zamanlar ödənişdən yayınmışdır. Nəticədə borclunun 1497 manat aliment borcu vardır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 ona istinad olunan inzibati xətanı törətməsini etiraf edərək, verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4061/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat məbləğində aliment ondan alınıb iddiaçı X10 verilməlidir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş ona təqdim edilmişdir. O, aliment borcunu ödəməkdən heç vaxt boyun qaçırmamış və yayınmamışdır. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Bununla belə, barəsində inzibati xəta haqqında protkol tərtib edildikdən sonra icra sənədi üzrə aliment borcunu tam, yəni xx.xx.2024-cü il tarixdə 600 (altı yüz) manat və xx.xx.2024-cü il tarixdə isə 900 (doqquz yüz) manat ödəmişdir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs (tələbkar) X8 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, X3 barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-4061/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 540 manat məbləğində aliment cavabdeh X2 alınıb iddiaçı X10 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə borcunu tam, yəni xx.xx.2024-cü il tarixdə 600 (altı yüz) manat və xx.xx.2024-cü il tarixdə isə 900 (doqquz yüz) manat ödəmişdir. Göründüyü kimi borclu X3 məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin 20 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №3(073)-527/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-527/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver