Məhkəmə qərarları › İş №3(073)-531/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-531/2024

04.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-531/2024 04.07.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs iştirakı ilə Şəxs – xx xxxx 2001-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Cəlilabad Rayon Polis Şöbəsindən Cəlilabad Rayon Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 14 may 2024-cü il tarixdə, saat 21 radələrində Vaz 21065 markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri H.Əliyev prospektində öz yolu ilə hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, nəticədə Mercedes markalı avtomobili idarə edən Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə Şəxs iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 14 may 2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi Mercedes Benz markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman Şəxs idarə etdiyi VAZ 21065 markalı avtomobillə onun avtomobilinin arxa hissəsinə vurmuşdur. Nəticədə avtomobilinə və ona ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilməmiş və X2 ilə barışmamışdır. Qeyd etdiklərinin məhkəmədən nəzərə alınmasını xahiş etdi. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, X2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Cəlilabad RPŞ-nin DYPB-yə göndərilmişdir. İşdə olan 14 may 2024-cü il tarixli, 122 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktından görünür ki, Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İşdə olan 14 may 2024-cü il tarixli, 121 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə” aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya birliyinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 392 nömrəli rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs başın sol təpə-ənsə nahiyəsində hematoma müəyyən olundu.Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsəinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa yüngül zərər vurmaya aiddir. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, İXP ******* saylı inzibati xəta haqqında protokol və inzibati xəta haqqında işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq baxımından onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-115, 117 və 128, 130-ci maddələrini rəhbər tutaraq qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respulikasının İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılsın. Elan olunmuş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar