Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-537/2025 03.07.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin X1 iştrakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Cəlilabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material daxil olmuşdur. 08 may 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 may 2025-ci il tarixdə, saat 10:05 radələrində Cəlilabad şəhəri ərazisində keçirilən reyd zamanı sürücünün idarə etdiyi “Mersedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki və sürücünün tibbi müayinəsinin olmaması halları aşkarlanmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsinin X2 izahatında göstərdi ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs 08 may 2025-ci il tarixdə, saat 10:05 radələrində Cəlilabad şəhəri ərazisində keçirilən reyd zamanı sürücünün idarə etdiyi “X6s” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin reysqabağı texniki müayinəsinin olmaması halları aşkarlanmış və barəsində 08 may 2025-ci il tarixdə, MN ******* saylı protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X4 İdarəsi ilə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı texniki müayinəsi məqsədilə "xxxx" MMC ilə məntəqə sahibi arasında 07 yanvar 2024-cü il tarixdli 018 nömrəli müqavilə bağlanmışdır. İnzibati xəta törətmiş şəxs Əzizağa Məmmədov qanunvericiliklə tələb olunan asan imza almağdan yayındığından texniki muayinəyə görə rüsum ödəyə biməmiş və inzibati xəta hadisəsi törtmişdir. Protokol əsaslıdır qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib inzibati iş materiallarını araşdırıb hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törədən Şəxs barəsində inzibati tənbeh tədbiri görərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının İXM-in 326-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh tədbirinin aşağı həddində tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cı maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №3(073)-537/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-537/2025
03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver