Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3(073)-538/2024 21.06.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Cəlilabad rayonunun Kazımabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Kazımabad kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-2386/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(008)-2386/2023 saylı icra vərəqəsinə əsasən 09 fevral 2023-cü ildən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməlidir. İcra vərəqəsi Cəlilabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Borclu icra sənədi üzrə aliment borcunu ödəməkdən yayınmış və qaçıb gizlənmişdir. Buna görə də 06 fevral 2024cü il tarixli qərar ilə onun barəsində axtarış elan edilmiş və o, polis əməkdaşları tərəfindən Cəlilabad rayon İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. Nəticədə borclunun icra sənədi üzrə hazırki vaxta 7040 manat aliment borcu yaranmışdır. Buna görə də barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilərək, verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 2386/2023 saylı icra vərəqəsinə əsasən 09 fevral 2023-cü ildən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X6 verilməlidir. Özü Kron xəstəliyindən əziyyət çəkir. Yaranmış aliment borcunu birdəfəyə ödəmək iqtidarında deyildir. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən daha yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə işə zərərçəkmiş şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi Cəlilabad RMX PHŞ-in Terapiya şöbəsində “Kron xəstəliyinin ağır forması” diaqnozu ilə stasionar müalicə almışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün və icra məmurunun izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Şəxs əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş cərimə cəzasının tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdən təqsirli bilinsin və o, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Elan edilmiş qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın icrası Cəlilabad Rayon icra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №3(073)-538/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №3(073)-538/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver