Məhkəmə qərarları › İş №3(073)-54/2025

Cəlilabad Rayon Məhkəməsi Qərardad — İş №3(073)-54/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3(073)-54/2025 23.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə X1 rayon X11 Polis Bölməsinin baş inspektoru X3 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Cəlilabad Rayon Məhkəməsinə X1 rayon X11 Polis Bölməsinin baş inspektoru X3 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. X4 şikayət ərizəsi öyrənilərkən məlum olmuşdur ki, ərizə şikayətçi tərəfindən imzalamamışdan məhkəməyə göndərilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, şikayət ərizəsi onu məhkəməyə göndərmiş X6 geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 115.5-ci maddısinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs, habelə vəzifəli şəxs tərəfindən imzalanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: Cəlilabad rayon X11 Polis Bölməsinin baş inspektoru X2 xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqından qərarını ləğv edilməsi barədə şikayəti ərizəsi və ona əlavə olunmuş sənədlər X6 geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Cəlilabad rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar